Hindistanda “BrahMos” qanadlı raketinin təkmilləşdirilmiş variantı uğurla sınaqdan keçirilib.
Missiya.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi nəzdindəki Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı (DRDO) tvitter hesabında məlumat paylaşıb:
“Təkmilləşdirilmiş imkanlara malik "BrahMos" səsdən iti qanadlı raketinin bu gün Odişa sahillərindəki Çandipur Vahid Sınaq Sahəsindən uğurlu sınaq uçuşu həyata keçirilib”.
Qeyd edək ki, “BrahMos” qanadlı raketlərini Hindistan və Rusiya birgə istehsal edir. Bu raketin ilk variantı 2001-ci ildə sınaqdan keçirilib. Ötən həftə həmin raketlərin dəniz variantı da uğurla sınaqdan keçirilib.