AZ   |   RU
Tokayev xüsusi nümayəndəsini vəzifədən azad etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Baykonur” kompleksindəki xüsusi nümayəndəsi Serik Süleymenovun vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Missiya.Az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Süleymenov 2020-ci ilin aprel ayından “Baykonur” kompleksinin yerləşdiyi Qazaxıstanın Qızılorda vilayətinin akiminin (rəhbərinin) müavini vəzifəsində çalışır. Elə həmin il o, prezidentin “Baykonur” üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib.


  • 17-01-2022, 18:40