AZ   |   RU
Jurnalist Ekspert Mərkəzi Prezidentin çağırışına belə reaksiya verdi - Təkliflər
Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi konseptual xarakterli müsahibəsində ictimai nəzarətin gücləndirilməsi və onun istitusional formatının işlənib hazırlanması ilə bağlı konkret fikirlər səsləndirib. Azərbaycan Prezidenti onu da xüsusi ilə vurğulayıb ki, ölkədə cərəyan edən prossesləri həm də media vasitəsi ilə yaxından izləyir. İlham Əliyev jurnalistləri həqiqətləri yazmağa, ictimai nəzarətin güclənməsinə dəstək göstərməyə çağırıb.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi və ADA universitetinin birgə təşkilatçılığı ilə "Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu" mövzusunda bu gün keçirilən konfransı da media Azərbayacan Prezientinin çağırışına verilən çevik reaksiyanın təzahürü kimi qiymətləndirib

Missiya.Az Rupor.Az'a istinadən xəbər verir ki, vətəndaş cəmiyyəti institutu təmsilçiləri konfransda maraqlı, günün tələblərinə cavab verən təkliflər səsləndiriblər. 

Jurnalistk Ekspert Mərkəzindən verilən xəbərə görə ictimai birlıiyin sədri, Rupor.az xəbər portalının baş redaktoru Ceyhun Musaoğlu mövzu ilə bağlı konkret təkliflər təqdim edib. 

Həmin təklifləri diqqətinizə çatdırırıq: 

"- İcra hakimiyyətlərində mövcud olan ictimai şuralar tam yenidən formalaşsın. Əksər rayonda belə şuralar yalnız kağız üzərindədir. 

-  Dövlət qurumları ictimaiyyəti statistik informasiyalardan daha çox, keyfiyyətli informasiya ilə təmin etsin. Keyfiyyətli informasiyanın nə demək olduğunu təbii ki, hamımız bilirik. 

- Dövlət qurumları qrant elanlarını hamının görə biləcəyi səviyyədə təqdim etsin və layihələrin icrasında, hesabatların verilməsində QHT-lərə Dövlət Dəstəyi Agentliyini nümunə götürsün, qanunvericilik də bu  tələbi irəli sürür. 

- QHT-lərlə media arasında əməkdaşlıq düzgün qurulmayıb. Xüsusən QHT-lər müasir informasiya tələblərinə uyğun davranış sərgiləsinlər (Pres-relizləri düzgün yazsınlar, mətbuata düzgün yönləndirsinlər, qrant layihəsi çərçivəsində aldıqları maliyyə dəstəyi fonunda mediaya müraciət etməyin yeni, müasir formasını tapsınlar).

- Dövlət Naminə İctimai Palata yaradılsın, bu Palatada bütün sahələr üzrə QHT sektorunun təmsilçiləri olan illərin sınağından hər mənada alnı açıq, üzü ağ çıxan peşəkar ekspertlər təmsil olunsunlar. Çox yaxşı olar ki, Platformanın sədri məhz cənab Prezident İlham Əliyev olsun. Platforma ayda bir dəfə hər sahə üzrə hüququ səviyyədə neqativ vəziyyətin hesabatını məhz sədrə, cənab Prezidentə təqdim etsin". 


JEM sədri sonda tövsiyə xarakterli fikirlərini də diqqətə çatdırıb. O, deyib: 

"Biz yeni dünya trendinin tələbinə tam uyğun olaraq, münasibətlərdə demoqoji yanaşmadan qurtulmalıyıq. Hər kəs öz sahəsində tam peşəkar xidmət göstərməlidir. Məsuliyət və peşəkarlıq. Bu iki tandem yeganə xilas yoludur. Biz danışmağa üstünlük verməklə enerjimizi tükədirik və onun əməli işə sərf olunmasına imkan vermirik". 

Eldar Orucov


  • 15-01-2022, 18:51