
Lamiyə RÖVŞƏNQIZI
Ermənistanın başının üzərini alan qara buludlar dağılmaq bilmir ki, bilmir. Təəccüblü heç nə yoxdur. Əməllərinin nəticəsidir! Azərbaycanla müharibədə ağır və biabırçı məğlubiyyətlə üzləşəndən sonra bütün dünyada rəzil duruma düşən bu “yazıq xalq”, deyəsən üzləşdiyi faciənin fərqinə varmaq istəmir - gülüş obyekti olaraq qalmaqdadırlar. Bir o qalıb ki, Paşinyanın başına ip keçirib, qapı-qapı gəzdirələr. Hərçənd Paşinyan özü iki gündən bir küçələrdədir. Qəribə millətdi bu ermənilər. Necə deyərlər, nə yardan doyurlar, nə əldən qoyurlar. Hamı yaxşı xatırlayır ki, 2-3 il öncə Paşinyanı hakimiyyətə gətirən elə bu ermənilərin özləri idi. Hər dəfə Paşinyan, arvadı, onların yanında quyruq bulayan bir-iki goreşən Qarabağa gedib özlərindən az qala “Makedoniyalı İskəndər və ailəsi” obrazını yaratmaq istəyəndə, bu, ermənilərin ürəyinə yağ kimi yayılırdı. Elə bilirdilər ki, Paşinyan deyirsə, “Artsax ermənistandır.” – deməli, belə də olacaq... Siz inanırdınız, ay bədbəxtlər! Siz Azərbaycanın inkişafını görə-görə inanırdınız ki, yenilməz ordunuz var! Hətta 2016-da Azərbaycan Ordusunun başınıza vurduğu qapazdan dərs almadınız. İndi soruşuruq: Hanı sizin qürrələndiyiniz demokratiya “ikonası”? Onu cənab İlham Əliyevin göndərdiyi yeri yada salmayacağıq. Amma…
Dərinə varanda, görürsən ki, bu Paşinyan dabanyalayan olsa da, ermənilər ona heykəl qoymalıdırlar. O xalqının xilası üçün kimin dabanını desəz, yaladı, hansı yalanı desəz, uydurdu. Bunu dərk edən ermənilər yaxşı ki, var. Ara-sıra onların qorxa-qorxa da olsa, həqiqəti deyənlərinə rast gəlirik. Elə bu yaxınlarda İrəvanda keçirilən mitinqlərin birində yaşlı erməni arvad bağırırdı ki, nə Şuşa, nə də Qarabağ ermənilərindir, heç vaxt da olmayıb. Övladlarının boşu-boşuna həlak olmasına dözə bilməyən əsgər valideynlərinin etirazları da səngimək bilmir.
Əslində Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq İrəvanın aqibəti bəllidir – Məğlub, diz çökmüş Ermənistan! Bugünkü halına diqqət edək: Hətta prezident belə məsuliyyəti üzərinə götürmək istəmir. Deputatlar bir-birinə hədyan yağdırır, dövlət orqanları öz səlahiyyətlərindən boyun qaçırır, qərargah rəisi baş nazirə söz atıb məsxərəyə qoyur, regionlardakı məmurlar postlarını itirməmək üçün xalqı min hiylə ilə aldadır və daha nələr... Ermənistan kiv-ni diqqətlə izlədiyimizdən bu kimi gülünc materiallara hər gün rast gəlirik. Məsələn, Müdafiə Nazirinin müavininə erməni hərbçilərinin başını başlara qoşub guya ki, təlim keçirəcəyi haqda sual ünvanlanır, o isə bu haqda məlumatlı olmadığını deyir.
Azərbaycan prezidenti İlham Əliyevin Qarabağa iki gün əvvəlki səfəri bir çox məsələlərə eyham olsa da, erməni mətbuatı bu mövzuda susmağa üstünlük verdi. “Hadrutu geri qaytaracağıq” deyən separatçılar İlham Əliyevin elə Hadrutdan silkələdiyi yumruğu görüb hansısa deşiklərə gizləndilər. Soruşan da yoxdur ki, ay “Artsax siçanı” , bəs niyə buna cavab vermirsən? Ağlı başında bir erməni tapılıb, Mehriban xanımın səfər zamanı paylaşdığı görüntülərin altında yazdığı, “Cənab İlham Əliyev, sizin simanızda sülhü görürəm. Bir daha müharibə olmasın.” – şərhi erməni ictimaiyyətini özündən çıxardı. Bundan qabaq cənab İlham Əliyevin “Ermənistanla kommunikasiyaların açılmasına hazırıq” kimi fikirləri də hakimiyyət hərislərinin oyunlarından cana doyan sadə erməni vətəndaşları tərəfindən maraqla qarşılandı. Ermənilər cənab İlham Əliyevin əsl sülh tərəfdarı olduğunu çoxdan dərk etməliydilər. Əliyev Azərbaycan ərazilərinin hüdudlarını aşa bilərdi. O, Gəncə, Bərdə, Xocalı üçün olduqca sərt variantlara əl ata bilərdi. Bunun üçün yetərincə arqumenti və gücü vardı. Hətta Xankəndidə yaşayan erməni əhalini, ta İrəvana kimi, vaxtilə azərbaycanlıların didərgin salındığı şəkildə qova bilərdi. Etmədi! Çünki sülh adamıdır! Regionda sabitliyi təmin etməyə çalışır.
Çox abırsız millətdir, vallah. Səhvlərini, günahlarını üzlərinə vuran kimi hər kəsə qənim kəsilirlər. Elə bu yerdə dünyaca məşhur National Geographic jurnalının rəsmi səhifəsində yayımlanmış Azərbaycanla bağlı həqiqətlərə erməni kiv-nin düşmən reaksiyasını izləyirik. Hansı ki, o jurnalda həm Azərbaycan, həm də Ermənistanla bağlı yalnız həqiqətlər yer alıb. Bu həqiqətləri görmək üçün nə danışmağa, nə də əlavə bir təbliğata ehtiyac var. Həqiqəti gözləri ilə görüb tanış olmaq istəyənlərin işğaldan azad olunmuş Qarabağa səfər etməsi kifayət edir.
Ermənilərin Azərbaycanla müharibədən dərs çıxaracağına ümid bəsləsək də, görünən odur ki, bizim işimiz dönüb uzunqulaq ağıllandırmağa…