AZ   |   RU
Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Missiya.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 1-də saat 19 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Nəcəfquliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəfər Cəfərovu vurub. Xəstəxanaya yerləşdirilən piyada yanvarın 2-də ölüb.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

  • 3-01-2022, 15:59