AZ   |   RU
Şəhid ailələri Missiya Media Qrupunun qonağı oldular - Fotolar
Nizami rayonu şəhid ailələri Missiya Media Qrupunda qonaq oldular

Missiya.Az xəbər verir ki, Nizami rayonunda şəhid ailərinin üzvləri Missiya Media Qrupunun ofisində qonaq olublar. Media Qrupunun rəhbəri, Türk Ağsaqqalları Birliyi - TAİB-in təsisçisi Ramin Ahmedovun təşəbbüsü ilə reallaşan görüşdə şəhid ailələrinin vəziyyəti, onları qayğılandıran məsələlər ətrafında söhbət aparılıb.

Qonaqlar Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun onlara göstərdiyi doğma münasibətə görə təşəkkürlərini bildirib, Missiya ailəsinin daim onların yanında olduğunu qeyd ediblər.

Görüşdə qonaqlar Nizami rayonunda şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə Missiya Media Qrupunun da iştirakı ilə inşa ediləcək xatirə kompleksinin 3 D formatında hazırlanmış layihəsilə tanış olublar.

Razılaşdırılıb ki, layihə ilə bağlı müzakirələr davam etdirilsin.


  • 30-12-2021, 21:19