ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə bağlı sensasion fikirlər səsləndirib.
Missiya.Az xəbər verir ki, ABŞ-ın “ABC News” kanalına müsahibəsində Putinə “qatil” deyib.
O bildirib ki, rəsmi Moskva ABŞ-da seçkilərə müdaxilə etdiyi üçün cavab verəcək: “Məncə Putin qatildir. Moskva ABŞ-dakı seçkilərə müdaxilə etməyin bədəlini ödəyəcək”.
Bayden, Rusiyanın necə cəzalandıracağını açıqlamayıb. O bildirib ki, qısa müddət ərzində hamı cəzanın nə olduğunu biləcək. ABŞ prezidenti yanvar ayında Putinlə telefonla danışdığını deyib:
“Yanvar ayında Putinlə uzun bir telefon danışığımız oldu. Söhbətə başlayanda Putinə dedim ki, sən məni tanıyırsan, mən də səni. Əgər seçkilərə müdaxilə etdiyinizi sübut etsək baş verəcəklərə hazır ol”. Qeyd edək ki, ABŞ prezidenti Co Bayden anti-Rusiya mövqeyi ilə tanınır. Bayden prezident seçildikdən sonra ABŞ-Rusiya münasibətlərinin gərginləşəcəyi gözlənilirdi. Co Baydenin Putini “qatil” adlandırılması ABŞ-Rusiya münasibətlərində gərginliyi pik həddə çatdıracağını ehtimal etmək olar. Kremlin Baydenin sensasion açıqlamasına reaksiyası maraqla gözlənilir.
Elvin
Missiya.Az