AZ   |   RU
“NATO Rusiya ilə silahlı münaqişəyə hazırlaşır” - Rusiya MN
“NATO Rusiya ilə silahlı münaqişəyə hazırlaşır”.

 Bunu Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin Moskvada akkreditə olunmuş hərbi attaşelər və xarici səfirliklərin nümayəndələri üçün keçirdiyi brifinqdə bildirib.

“Blokun hərbi tikintisi tamamilə Rusiya ilə genişmiqyaslı, yüksək intensiv silahlı münaqişəyə hazırlaşmaq üçün yönləndirilib”, - deyə general-polkovnik bildirib.

O qeyd edib ki, Şimali Atlantika Alyansı öz sənədlərində, o cümlədən 2019-cu ilin hərbi strategiyasında Rusiyanı birbaşa “koalisiya təhlükəsizliyinə təhdidlərin əsas mənbəyi” adlandırır.

Eyni zamanda, Fomin əlavə edib ki, Rusiya və NATO-nun bir-birini düşmən hesab etmədiyi Roma Bəyannaməsi hələ də qüvvədədir. Tərəflər bunu 2010-cu ildə Lissabonda keçirilən sammitdə təsdiqləyiblər.

“Qafqazinfo”

  • 27-12-2021, 21:16