İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.
Missiya.Az xəbər verir ki, o, bu barədə İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyib.
“İcazə verin, Zati-alinizi İsrailə səfərə dəvət edim. Sizi İsraildə qəbul etmək mənim üçün həqiqətən xoş olacaq və bu, xalqlarımız arasında əhəmiyyətli təməl daşı olacaq. Həmçinin bu il biz Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin açılacağına ümid edirik. Bu, Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılmasının təbii davamı olardı”.