AZ   |   RU
Kürdəxanıda ər arvadını qətlə yetirib, özünü asdı


Sabunçu rayonunda dəhşətli cinayət hadisəsi baş verib. 


Missiya.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb. 


Qəsəbədə yerləşən fərdi yaşayış evlərindən birində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1979-cu il təvəllüdlü İlham Məmmədovun gecə saatlarında birgə yaşadıqları evdə 1988-ci il təvəllüdlü arvadı Gülnaz Məmmədovaya kəsici-deşici alətlə xəsarət yetirərək öldürməsi, daha sonra isə özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib. 


Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.




  • Bu gün, 16:54