AZ   |   RU
Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib

Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib.


Missiya.Az"Report"a istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.


Belə ki, bir ailədən 5 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


Onlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.


Zəhərlənən şəxslərin yaxınları dönər yedikdən sonra onların vəziyyətlərinin dəyişdiyini bildiriblər.


Faktla bağlı araşdırma aparılır.



  • Dünən, 23:05