AZ   |   RU
İlon Mask necə varlandı?


Dünyanın ən zəngin adamı İlon Maskın sərvəti 400 milyardı keçib. Bəs o, dünyanın ən varlı insanına necə çevrildi?


Missiya.Az  xarici mediaya istinadla bununla bağlı araşdırmanı təqdim edir: 


İlon Mask 1971-ci ildə Cənubi Afrikada anadan olub. Uşaqlıqdan kompüter və texnologiyaya böyük maraq göstərirdi. 12 yaşında “Blastar” adlı sadə bir video oyunu proqramlaşdıraraq satdı. Bu, onun ilk qazancı idi və gələcək uğurlarına bir işarə oldu.


Onun sərvət qazanma yolu Zip2 və PayPal ilə başlayıb. SpaceX və Tesla kimi vizyoner layihələr sayəsində həm kosmosu, həm də avtomobil sənayesini dəyişdi. Bununla yanaşı Neuralink, The Boring Company, SolarCity və süni intellekt sahəsində qurduğu xAI kimi layihələr onun sərvətini daha da böyütdü.


2000-ci illərin əvvəllərində PayPal-ın 1,5 milyard dollara satışı ilə milyonçu olan Mask, 2010-cu illərdən etibarən Tesla və SpaceX vasitəsilə milyarderlər siyahısına yüksəldi. 2004-cü ildə Mask elektrik avtomobilləri istehsal edən Tesla Motors-a sərmayə qoydu. Çoxları əvvəlcə bu ideyanı riskli sayırdı. Amma Tesla sürətlə inkişaf etdi və dünyada elektrik maşınlarına marağı artırdı. Mask bu şirkətin əsas simasına çevrilərək milyardlarla dollar qazandı.


2008-ci ildə NASA ilə müqavilənin bağlanması Maskın maliyyə vəziyyətini biraz daha yaxşılaşdırdı. Xüsusilə Tesla səhmlərinin dəyərinin artması ilə sərvəti sürətlə böyüdü və onu dünyanın ən zəngin insanı oldu.

İlon Mask bununla da kifayətlənmədi. O, SolarCity (günəş enerjisi şirkəti), Neuralink (beyin-kompüter interfeysləri), The Boring Company (yeraltı nəqliyyat tunelləri) kimi bir sıra innovativ layihələr qurdu. Hər bir layihə onun gəlirlərini artırdı və adını texnologiya dünyasında möhkəmləndirdi.


Hazırda, 2025-ci ilin avqust ayına görə, onun sərvəti təxminən 400–450 milyard dollar arasında dəyişir. Bu fərq müxtəlif hesablamalardan qaynaqlansa da, bütün mənbələr onu hələ də dünyanın ən zəngin adamı kimi göstərir. Maskın sərvəti əsasən şirkətlərindəki paylara bağlıdır, yəni nağd puldan çox, qurduğu imperiyanın dəyəri ilə ölçülür.


Nəticə olaraq, İlon Mask daim risklər aldı, uğursuzluqlara baxmayaraq və hər dəfə daha böyük hədəflər qoyaraq onları gerçəkləşdirdi. Bu gün onun sərvəti yüz milyardlarla ölçülür.



İlahə Qənbərli
Missiya.Az





  • Bu gün, 10:13