AZ   |   RU
"Cənubi Qafqazda qeyri-regional müdaxiləyə qarşı ayıq-sayıqıq" - İran XİN

“Biz çox açıq şəkildə bildirdik ki, Cənubi Qafqazda qeyri-regional aktorların mövcudluğuna və müdaxiləsinə diqqətlə yanaşırıq. Bu mövzunu Ermənistandakı dostlarımıza da çatdırmışıq və onların izahatlarını dinləmişik”. 


Missiya.Az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransı zamanı deyib.


Onun sözlərinə görə, Ermənistan tərəfi ABŞ şirkətləri ilə tərəfdaşlığın yalnız ölkə qanunvericiliyi çərçivəsində və Ermənistanda qeydiyyatdan keçən şirkət forması ilə həyata keçiriləcəyinə dair təminat verib. 


Bəqai bildirib ki, regiondakı nəqliyyat marşrutlarının açılması və ya bağlanması beynəlxalq səviyyədə tanınmış sərhədlərə xələl gətirməməli, Ermənistanın milli suverenliyinə zidd olmamalıdır və Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişməməlidir:


“Biz vəziyyəti diqqətlə izləyirik və lazım gəldikdə narahatlıqlarımızı region ölkələri ilə bölüşəcəyik,” - deyə siyasətçi vurğulayıb.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 12:05