AZ   |   RU
"Azeri Light" neftinin qiyməti 69 dollara yaxınlaşır

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti bahalaşıb.


Missiya.Az "APA"ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,49 ABŞ dolları və ya 0,72% artaraq 68,59 ABŞ dolları təşkil edib.


Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68,1 ABŞ dolları idi.


Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.



  • Bu gün, 11:28