AZ   |   RU
Fransa Prezidenti Azərbaycanın 10 ermənini təhvil verməsini alqışlayıb
Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın Avropa İttifaqının (Aİ) təşəbbüsü ilə daha 10 ermənini qarşı tərəfə təhvil verməsini alqışlayıb.

Missiya.Az
xəbər verir ki, bu barədə Fransa lideri tviter hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“On erməni əsgəri azad edildi. Mən Avropa İttifaqının həlledici addımını alqışlamaq istəyirəm, onun köməyi ilə biz Azərbaycan və Ermənistan arasında sülhə aparan bu dialoq yolunu davam etdirəcəyik. Biz irəli gedirik”.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 14 dekabr 2021-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün, habelə Azərbaycan Respublikası Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında keçirilmiş ikitərəfli görüşün nəticəsi olaraq, humanizm prinsiplərinə sadiqliyinin təzahürü kimi Azərbaycan 19 dekabr 2021-ci ildə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib.

Təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılmışdılar.

Humanizm prinsiplərinə daim sadiqliyini nümayiş etdirən Azərbaycanın 4 dekabr 2021-ci il tarixində qarşı tərəfə təhvil verdiyi 10 nəfər erməni əsilli hərbi qulluqçudan Ermənistan tərəfi sonradan dördünü həbs edib, altısına qarşı isə ittiham irəli sürüb.

  • 19-12-2021, 21:15