Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 921yoluxma faktı qeydə alınıb, 1 382 nəfər müalicə olunaraq sağalıb.
Missiya.Az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 610 318nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 586 666 nəfər müalicə olunaraq sağalıb, 8 199 nəfər vəfat edib. Aktiv xəstə sayı 15 453 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 676, bu günə qədər isə ümumilikdə 5 750 604test icra olunub.