AZ   |   RU
Nazir müavini: "Lisey və gimnaziyalarda çalışan müəllimlərin maaşı 1000 manata çatacaq"

“Bəzi müəllimlər var ki, onların maaşı əhəmiyyətli dərəcədə artacaq”.

Missiya.Az
xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev deyib.

“Çünki həmin müəllimlərin vəzifə maaşlarının üstünə əlavələr gəlir. Xüsusən lisey və gimnaziyalarda çalışan 5 200 müəllimin maaşlarına 15 faiz əlavə edilir. Beləliklə də onların vəzifə maaşları əhəmiyyətli dərəcədə artacaq.

Eyni zamanda xüsusi təhsil müsəssələrində çalışan təxminən 1 400 müəllim vəzifə maaşları da 50 faiz artacaq. Bu artım nəticəsində lisey və gimnaziyalarda çalışan ali təhslili müəllimlərin maaşı təxminən 950-1000 manat olacaq. Xüsusi təhsil müəssələrində çalışan müəllimlərin maaşı isə 1200-1 250 manat olacaq”, - o vuğulayıb.

“Gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin maaşı 480-500 manat civarına qalxacaq. Dövlət ümumi təhsil müəssisələrində çalışan vahid tarif sorğu cədvəli əsasında əmək haqqı alan heyətin sayı 70 minə yaxındır. Minimum əməkhaqqı artdığı üçün vahid tarif sorğu cədvəlində də artım olacaq. Beləliklə həmin heyətin əmək haqları 450 manat civarında qalxacaq. Hər iki qrup üzrə dövlət ümumi təhsil müəssisələrində əmək haqqı artımına
320 milyon manatdan artıq vəsait sərf ediləcək”, - nazir müavini bildirib.

  • 17-12-2021, 18:56