AZ   |   RU
Kamboca Trampı Nobel Sülh Mükafatına namizəd göstərməyə hazırlaşır

Kamboca hakimiyyəti ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək niyyətindədir.


Missiya.Az xəbər verir ki, bu barədə Kambocanın baş nazirinin müavini Sun Çantol “The Wall Street Journal”a müsahibəsində bildirib.


“O, təkcə Kamboca ilə bağlı işinə görə deyil, həm də digər nailiyyətlərinə görə Nobel mükafatını almalıdır”, deyə Çantol deyib.


Baş nazirin müavini qeyd edib ki, ABŞ Prezidentinin müdaxiləsi olmasaydı, Kamboca və Tailand yəqin ki, sərhəd bölgəsində döyüşlərə son qoymaq üçün razılığa gələ bilməyəcəkdilər. 



Qeyd edək ki, bir müddət öncə İsrailin Baş naziri Benyamin Netanyahu da Trampın Sülh Mükafatına namizədliyini irəli sürdüyünü açıqlayıb.



Nurlana Əhmədova
Missiya.Az



  • Dünən, 15:04