AZ   |   RU
Azərbaycan I yarımildə dövlət istiqrazları üzrə ödənişlərinin məbləğini açıqlayıb

 

Bu ilin I yarısında Azərbaycanın daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 2 milyard 910,4 milyon manat məbləğində əsas borc ödənişləri investorlara geri qaytarılıb.

Missiya.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, qeyd olunan vəsaitin 1 milyard 515 milyon manatlıq hissəsi təkrar maliyyələşdirmə, o cümlədən 1 milyard 430 milyon manatlıq hissəsi dövlət istiqrazlarının vaxtından əvvəl geri alınaraq daha uzunmüddətli dövlət istiqrazlar ilə əvəz edilməsi, 85 milyon manatlıq hissəsi isə uzunmüddətli dövlət istiqrazlarının emissiyası hesabına təmin edilib, 1 milyard 395,4 milyon manatlıq əsas borc ödənişləri isə dövlət büdcəsinin vəsaiti hesabına investorlara geri ödənilib.

Hesabat dövründə investorlara 328,7 milyon manat məbləğində faiz və diskont ödənişləri də həyata keçirilib.

Hesabat tarixinə dövriyyədə olan 8 milyard 26,8 milyon manat məbləğində dövlət qiymətli kağızlarının 12,9 %-i 1 illik, 57 %-i iki və üç illik, 30,1 %-i isə il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.




  • Dünən, 10:43