AZ   |   RU
Rusiyanın Kiyevə zərbəsi: İtkilərin sayı 26-ya çatıb

İyulun 31-nə keçən gecə Rusiyanın Kiyevə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 26-ya çatıb. 


Missiya.Az “RBC-Ukraina”a istinadən məlumat verir ki, bu barədə Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətindən bildirilib. 


“Gecə və səhər saatlarında xilasedicilər Svyatoşinski rayonunda yaşayış binasının dağıntıları altından 2 yaşlı uşaq da daxil olmaqla 10 nəfərin cəsədini çıxarıblar”, - deyə qurumdan məlumat verilib. 


Həmçinin avqustun 1-i səhər saatlarına olan məlumata görə, atəş nəticəsində 16-sı uşaq olmaqla 159 nəfər xəsarət alıb. Fövqəladə Hallar Dövlət Xidmətinin psixoloqları tərəfindən 112 nəfərə yardım göstərilib. 



Nurlana Əhmədova
Missiya.Az



  • Dünən, 09:27