AZ   |   RU
"Rusiya iqtisadiyyatı məhdudiyyətlərə qarşı immunitet formalaşdırıb"

Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın 10 gün ərzində Ukrayna münaqişəsinin həlli istiqamətində addımlar atmayacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətini şərh edib. 


Missiya.Az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.


"Biz kifayət qədər uzun müddətdir ki, çoxlu sayda sanksiyalar altında yaşayırıq və iqtisadiyyatımız bu vəziyyətdə işləyir. Ona görə də bu məsələdə artıq immunitet qazanmışıq",– Peskov bildirib.



Nurlana Əhmədova
Missiya.Az




  • Dünən, 15:39