AZ   |   RU
Ermənilər hər şeylərini satıb Zəngəzurdan qaçırlar - Azərbaycan bu torpaqları nəzarətə götürüb

Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Azərbaycanla sərhəddə yerləşən kəndlərinin sakinləri evlərini tərk etməyə başlayıblar.  

Missiya.Az
xəbər verir ki, bu barədə erməni siyasi analitik Gagik Hambaryan özünün “Facebook” səhifəsində yazıb.

Analitik qeyd edib ki, 9 noyabrda imzalanan «biabırçı təslim aktından» sonra, ermənilər Sünikin Azərbaycanla sərhəddə yerləşən bölgələrindən geri çəkilirlər.

Sitat: “Bakının Ermənistanın cənub bölgələri ilə bağlı hansı siyasəti yürütdüyünü gördük. Ermənilərin özlərini təhlükəsiz hiss etmədiklərinə əmin olduq. Nikolun həmin kəndlərin sakinlərinin təhküləsizliyinə təminat verə bilmədiyi sübut edildi. Gözlənildiyi kimi, təhlükəsizliyinə zəmanət verilməyən, otlaqlardan və yollardan təhlükəsiz istifadə edə bilməyən, meşələrdən məhrum olan Sünikin sərhadyanı bölgələrinin sakinləri yaşayış yerlərini tərk etməyə başlayıblar”, - sitatın sonu.



Analitik bildirib ki, sakinlərin evlərini tərk etməsi ilə bağlı xəbərləri sərhədyanı bölgədə yerləşən Davit-Bek kəndinin bələdiyyə sədri Beniamin Poqosyan da “Mediaport” saytına müsabiəsində təsdiq edib.

Sitat: “Sünikin sərhədyanı bölgəsinin sakinləri evlərini tərk edir. Evlərini və bütün heyvanlarını satır. Çünki nə maldarlıqla məşqul ola, nə də tarlalarını əkə bilirlər. Bütün otlaqlar və əkin sahələri Azərbaycanın nəzarətinə keçib. Artıq sərhəd kəndlərdə 20 uşaq məktəbdən çıxarılıb. Hökumətdən heç kim kəndilərlə maraqlanmır. Paşinyan ermənilərin Ermənistandan qovulması proqramını həyata keçirir. Ermənilərin Sünikdən çıxarılması Ermənistanın məhvinə gətirib çıxaracaq”, – sitatın sonu.



Qeyd edək ki, üçtərəfli bəyanata əsasən Qazaxın 7 kəndi və Ermənistanın nəzarətinə olan bütün Azərbaycan torpaqları geri qaytarılmalıdır. Artıq demarkasiya prosesi çərçivəsində Qafan rayonundan Ağarak (Əkərək) kəndinə gedən yol tamamilə Azərbaycanın nəzarətinə verilib. Ermənilər Qafan rayonuna getmək üçün həmin yoldan istifadə etmək məcburiyyətindədirlər. Çünki alternativ yol yoxdur. 3 il ərzində Ermənistan hakimiyyəti yerli əhali üçün alternativ yol çəkməlidir. Bu müddət ərazində ermənilər və azərbaycanlılar həmin yoldan ortaq istifadə etməlidir. Təhlükəsizliyə təminat isə Rusiya sülhməramlıları tərəfindən verilir.

Elvin Məmmədov
 Missiya.Az


  • 19-02-2021, 12:57