Ana səhifə > Foto > Müdafiə Nazirliyi: Səhra idarəetmə məntəqələri təyin olunmuş rayonlara çıxarılır

Müdafiə Nazirliyi: Səhra idarəetmə məntəqələri təyin olunmuş rayonlara çıxarılır


15-03-2021, 15:14

Əməliyyat-taktiki təlimlərində plana uyğun olaraq qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar səhra idarəetmə məntəqələrində xəritələr üzərinə işlənilir.

Missiya.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Mövcud vəziyyətə uyğun hazırlanan məruzələr sərəncam şəklində icra edilməsi məqsədilə müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə komandir-rəis heyətinə çatdırılır.

Ehtiyatda və mərkəzi tabelikdə olan birləşmələrin səhra idarəetmə məntəqələri təyin olunmuş rayonlara çıxarılır.




Geri qayıt