Ana səhifə > Sosial / Redakor seçimi > Şəhid Orxan Cabbarovla vida mərasimi keçirilir

Şəhid Orxan Cabbarovla vida mərasimi keçirilir


18-11-2021, 12:06

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun giziri Orxan Cabbarov ilə vida mərasimi keçirilir.

Missiya.Az
xəbər verir ki, şəhidin nəşi Qubanın Davidoba kəndində yaşayan ailəsinə təhvil verilib.
Şəhidin doğulub boya-başa çatdığı evdə keçirilən vida mərasimdə onun yaxınları ilə yanaşı, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, qazilər və şəhidin hərbçi yoldaşları iştirak edirlər.

Şəhid O.Cabbarov Quba Şəhidlər Xiyabanında dəfn olunacaq.

Allah rəhmət etsin!
Geri qayıt