Ana səhifə > Gündəm > BMT Bakı və İrəvana müraciət edib

BMT Bakı və İrəvana müraciət edib


16-11-2021, 21:50

BMT rəsmi Bakı və İrəvanı təmkinlilik nümayiş etdirməyə, ziddiyyətləri sülh yolu ilə həll etməyə çağırır.
Missiya.Az
xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak deyib.
"Hazırda bəzi məlumatlar alırıq. Amma şübhəsiz ki, son zorakılıq hadisəsi ilə bağlı xəbərləri narahatlıqla izləyirik. Və bu xəbərləri yoxlamaq məcburiyyətindəyik", - Haq keçirdiyi brifinqdə bildirib.
"Biz indi tərəfləri təmkinli olmağa və 9 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyanatlara uyğun hərəkət etməyə, bütün müvafiq narahatlıqları sülh yolu ilə həll etməyə çağırırıq. Biz əvvəllər müşahidə etdiyimiz hər hansı eskalasiyaya qayıtmaqdan çəkinmək istəyirik", - o əlavə edib.
Geri qayıt