Ana səhifə > Gündəm > Bakıda dini toy karvanı təşkil edən 16 nəfər həbs edildi

Bakıda dini toy karvanı təşkil edən 16 nəfər həbs edildi


25-10-2021, 20:42

Bakı şəhərində üzərində ərəb hərfləri ilə yazılmış bayraqlar olan toy karvanında iştirak edənlərlə bağlı məhkəmə qərar verib.

Missiya.Az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, Xəzər Rayon Məhkəməsinin qərarına əsasən, toy karvanında iştirak edərək avtoxuliqanlıq edənlərdən 16 nəfər barəsində 20-30 sutka arası inzibati həbs cəzaları verilib.

Bir nəfər isə səhhəti nəzərə alınaraq həbs edilməyib, o, pul cəriməsi ilə cəzalandırılıb.

Geri qayıt