Ana səhifə > Gündəm > Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb
Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb28-09-2021, 17:38 |
![]() Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib. Qeyd edək ki, görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib. Geri qayıt |