Ana səhifə > Redakor seçimi / Diqqət mərkəzi > Putin özünü bunkerdə təcrid edir - Paşinyan onunla şəkil çəkdirmək fürsətini itirdi

Putin özünü bunkerdə təcrid edir - Paşinyan onunla şəkil çəkdirmək fürsətini itirdi


16-09-2021, 11:55

Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  (KTMT) iclasında iştirak üçün Qırğızıstanın paytaxtı Düşənbəyə səfəri ölkə mediasında müzakirələrə səbəb olub. 

Missiya.Az xəbər verir ki, erməni mediası Paşinyanın Düşənbəyə Rusiya prezidenti Vladimir Putinlə şəkil çəkdirmək üçün getdiyini amma planının baş tutmadığını yazır. 

“Hraparak” nəşrində İpək Şalunts imzası ilə dərc olunan yazıda qeyd olunub ki, Putin koronavirusa görə təcrid olunduğu üçün Paşinyanın həvəslə iştirak etdiyi tədbirə online qatılır.  

Sitat: “Putin artıq 2 gündür ki, təcrid olunub. Çünki Vladimir Putinin ətrafında koronavirusa yoluxmuş şəxslərin olduğu ortaya çıxıb. Hətta onlardan birinin Putinlə yaxın təmasda olduğu bildirilir. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Putinin test verdiyini və nəticəsinin neqativ çıxdığını deyib. O hələlik tədbirlərdə iştirak edə bilməyəcək. Bu səbəbdən Rusiya prezidenti KTMT-nın və Şanxay Əməkdaşlıq Təşkilatının iclasında iştirak etmək üçün Düşənbəyə getməyib. Görünür, Paşinyan düşünürdü ki, bu iclas Putinlə görüşmək, şəkil çəkmək üçün bir fürsət idi. Amma hadisələr başqa cür cərəyan etdiyinə görə Nikol Paşinyanın planı baş tutmadı”, - sitatın sonu.  

Mediada yayılan məlumatlara görə, Putin özünü bunkerdə təcrid edib. 
  
Qeyd edək ki, Paşinyan və Putin arasında soyuq münasibətlər hökm sürür. Nikol Paşinyanın qərbyönümlü siyasəti Rusiya rəhbərlərinin maraqlarına uyğun olmadığı üçün rəsmi İrəvanın addımları Moskvanın xoşuna gəlmir.

Elvin
Missiya.Az
Geri qayıt