Ana səhifə > Siyasət / Diqqət mərkəzi > Mehriban Əliyeva: “Xocalı soyqırımı kimi faciələr unudula bilməz” - FOTO

Mehriban Əliyeva: “Xocalı soyqırımı kimi faciələr unudula bilməz” - FOTO


26-02-2021, 09:59
 
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar paylaşım edib.

Missiya.Az xəbər verir ki, paylaşımda deyilir:

“Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm”



Geri qayıt