Ana səhifə > Redakor seçimi / Diqqət mərkəzi > Rusiya Ermənistanı kommunikasiyaları açması üçün bu yolla sıxışdırır

Rusiya Ermənistanı kommunikasiyaları açması üçün bu yolla sıxışdırır


3-05-2021, 16:20

Rusiya qoşunu Türkiyə ilə razılaşma əsasında “status” məsələsini məhv etmək üçün Qarabağdadır.

Missiya.Az
xəbər verir ki, bu barədə “Lragir.am” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Müəllif Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana səfərinə toxunub. O bildirib ki, 2020-ci il noyabrın 9-dan 6 ay sonra Sergey Lavrov İrəvana səfər edəcək. 

Məqalədə bildirilir ki, baş verənlər fonunda, 13 aprel tarixində ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ, Fransa və Rusiya bəyanat yayıblar. Həmsədrlər “məlum prinsiplər və elementlər” əsasında danışıqları bərpa etməyə hazır olduqlarını bildiriblər.
 

Ermənistan üçün isə “məlum prinsiplər”dən əsası Qarabağın “status”unun müəyyənləşdirilməsidir. 

Lakin Moskva bəyanatda “status” məsələsinin xatırladılmaması və ümumi ifadələrin işlədilməsi üçün hər şeyi edib. Həmçinin Rusiya ən yüksək səviyyədə bəyan edir ki, status məsələsinin müzakirəsi onlar üçün məqsədəuyğun deyil. Bildirilir ki, əvvəlcə üçtərəfli bəyanatı tam şəkildə yerinə yetirmək lazımdır.  

Müəllif kommunikasiyaların açılması məsələsinə də toxunub. Qeyd olunur ki, Rusiya kommunikasiyaların açılması məsələsi də daxil olmaqla, bir sıra məsələlərdə Ermənistanı qərarlara məcbur etmək üçün əsir erməni hərbi qulluqçulardan istifadə edir.

Kommunikasiyaların açılması Rusiyanın və türklərin birgə patrul xidməti, Ermənistanın suverenliyinin aradan qaldırılması ilə türk dünyasını birləşdirən dəhlizin yaradılmasını nəzərdə tutur.


Elvin
Missiya.Az
 

Geri qayıt