Ana səhifə > Dünya > Ukraynanın baş qərargahı hərbi əməliyyatların 86-cı gününə dair məlumat yayıb
Ukraynanın baş qərargahı hərbi əməliyyatların 86-cı gününə dair məlumat yayıb20-05-2022, 12:48 |
![]() Son 24 saat ərzində Ukraynanın Donetsk və Luqansk itiqamətlərində Rusiya ordusunun 14 hücumu dəf edilib. Missiya.Az The Guardian-a istinadən xəbər verir ki, bu barədə Ukrayna silahlı qüvvələrinin baş qərargahı məlumat yayıb. Baş qərargah bildirib ki, düşmənə məxsus səkkiz tank, on dörd ədəd zirehli texnika və 1 ədəd Orlan-10 pilotsuz təyyarəsi Ukrayna qüvvələri tərəfindən məhv edilib. Bundan əlavə, məlumatda Rusiya qüvvələrinin Qara dəniz və Azov dənizindəki qruplarının mülki gəmilərin qarşısını kəsməsi qeyd olunub. Daşqın Həsənov Missiya.Az Geri qayıt |