Ana səhifə > Dünya > ABŞ: Pentaqon Ukraynaya silah tədarükünü dayandıra bilər

ABŞ: Pentaqon Ukraynaya silah tədarükünü dayandıra bilər


14-05-2022, 10:05

ABŞ Senatı Kiyevə yardım göstərilməsi layihəsini təsdiq etməsə, Pentaqon Ukraynaya silah tədarükünü dayandıra bilər.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi brifinq zamanı deyib.

Kirbi deyib ki, ABŞ Senatı mayın 19-dək daha 40 milyard dolların ayrılmasını təsdiq etməlidir. Belə olan halda ABŞ-dan hərbi yardımlar fasiləsiz olaraq gələcək.

"Əgər biz səlahiyyətləri tezliklə əldə etməsək, yəqin ki, heç bir şeyin ötürülməyəcəyi bir qabarcıq yaranacaq. Və əmin olmaq istərdik ki, bunun qarşısını almaq olar", - Kirbi bildirib.
Geri qayıt