Ana səhifə > Sosial > İstilik enerjisinin hansı hallarda dayandırılacağı müəyyənləşir
İstilik enerjisinin hansı hallarda dayandırılacağı müəyyənləşir13-05-2022, 13:34 |
![]() Enerji təchizatı müəssisəsinin istehlakçıya istilik enerjisinin verilməsini hansı hallarda dayandıracağı müəyyənləşir. Missiya.Az apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, həmin hallar aşağıdakılar olacaq: - İstehlakçının müvafiq yazılı müraciəti (istilik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; - Enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi istilik enerjisinin hesabı istehlakçıya təqdim edildikdə (göstərildikdə) sonra müvafiq vəsait 1 ay müddətində tam məbləğdə ödənilmədikdə; - enerji təchizatı müəssisəsi ilə müvafiq müqabilə bağlanmadıqda; - İstehlakçıya məxsus olan və ölçüləri istilik təchizatı sisteminin layihəsi ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələrin quraşdırılması, istilik sistemlərində istilik daşıyıcılarından təyinatından kənar istifadə ( sistemdən və qızdırıcı cihazlardan suyun boşaldılması) halları aşkar edildikdə; - təmir profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğını və ya qaz sızmasının qarşısı alındıqda; - Məhkəmənin qərarı ilə; - dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. Geri qayıt |