b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_MG_3751-Edit1-1000x487.jpg
Gənc müğənni Səbinə Əskərova “Yağ yağışım” mahnısına klip çəkdirib. 
 
Missiya.Az xəbər verir ki, söz və musiqisi İsmayıl Əsədova məxsus olan mahnıya Anar Hüseynov ekran həyatı verib. 
 
Yeni işi barədə saytımıza açıqlama verən ifaçının prodüseri Təranə Səmədova bildirib ki, uğurlu iş ərsəyə gətirilib: “Çoxları bilir ki, artıq Səbinə Əskərova ilə işbirliyi qurmuşam. Səbinə gənc olsa da, istedadlıdır. Yeniliklərə açıqdır. Yoxsa, onunla çalışmazdım. “Yağ, yağışım” mahnısının uğuruna inandığımız üçün klip çəkdirdik. Ekran işi istədiyimiz kimi də alındı. İnanıram ki, bundan sonrakı fəaliyyətimiz də uğurlu olacaq”. 
 
Səbinə Əsgərova isə klip çəkilişindən bəhs edib: “Klipin çəkilişində əməyi keçən hər kəsə təşəkkür edirəm. Rejissor Anar Hüseynovun əziyyəti böyükdür. Klip ürəyimcə oldu. Bəlkə də, kimlərsə düşünəcək ki, klip açıq-saçıqdır. Amma mən elə düşünmürəm. Sevgidən bəhs edən mahnıya belə romantik ab-havalı klip çəkilməli idi. Biz də bunu bacardıq. İnanıram ki, tamaşaçılar da bəyənəcək”. 
 
Qeyd edək ki, S.Əskərova bəstə üçün fotosessiya da etdirmişdi. 
 

Musavat.com
25 Aprel 2017 Azərbaycanlı məşhurların əsil adları - FOTO
20 Aprel 2017 Azərbaycanlı aparıcı ərindən küsüb Türkiyəyə köçdü
17 Aprel 2017 Səmra: "Səhnədə soyunuram, başqa yerdə yox" - FOTO
13 Aprel 2017 Elvin Əhmədov: "Rasim Balayevin qonorarı çəkiliş meydançasında ödənilib"
12 Aprel 2017 Şəbnəm Tovuzlu: "Bilmək istəyirlər, arxamda duran kimdir"
12 Aprel 2017 “Eurovision - 2017”-yə bütün biletlər satılıb
11 Aprel 2017 Paytaxt sakini xalq artistini oğurluqda ittiham edir - VİDEO
11 Aprel 2017 Rəqqasə Oksananın 24 il əvvəlki VİDEOsu yayıldı
10 Aprel 2017 "Kurtlar Vadisi Vatan"ın çəkilişindən ilk görüntülər - VİDEO
10 Aprel 2017 Namiq mediadan gizlətdiyi qızından danışdı - VİDEO
07 Aprel 2017 Bacıların avtomobillə vurduğu kişinin nəvəsi: Vəziyyəti ağırdır
04 Aprel 2017 Vera Brejneva Bakıda konsert verəcək - VİDEO
03 Aprel 2017 Azərbaycanlı nazirin oğlu və gəlinindən romantik FOTO
03 Aprel 2017 Tatlısəsdən "18+"luq paylaşım: sosial şəbəkə bir-birinə dəydi - VİDEO
03 Aprel 2017 Ərinin gecə sürprizi azərbaycanlı rəqqasəni şoka saldı - VİDEO
31 Mart 2017 Azərbaycanlı aparıcı həyat yoldaşıyla dodaq-dodağa - FOTO
30 Mart 2017 Azərbaycanın ən cazibədar aktrisası biznesmen sevgilisindən danışdı
27 Mart 2017 Roza Zərgərliyə bahalı ad günü HƏDİYYƏsi - VİDEO
26 Mart 2017 Diri-diri basdırılan aktyorun vəziyyəti pisləşdi VİDEO
25 Mart 2017 Tolik əkizlərdən ayrıldı: "Bəzi şeylər qarşımı alırdı"