b_550_325_16777215_00_images_xeber_sekilleri_11yanvar2017_16.jpeg

Ankara-Vaşinqton münasibətləri daha da gərginləşə bilər; kürdlərin Suriyanın şimalında güc olaraq qəbul olunması Türkiyəyə qarşı böyük bir təhlükədir

Missiya.Az Musavat.com-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner gündəlik brifinqdə deyib ki, Suriya münaqişəsinin həlli ilə bağlı danışıqlarda kürdlər (PYD) də iştirak etməlidir. Amerikalı rəsmi Vaşinqtonun Suriya münaqişəsinin həlli prosesinin BMT-nin çətiri altında aparılmalı olduğunu bildirib. Toner deyib ki, kürdlər Suriyada gücü olan bir qrupdur, həll prosesində onların da iştirak etməsi lazımdır. 
 
Eyni zamanda o, ABŞ-ın PYD-nin silahlı qanadı olan YPG-yə silah vermədiyini bildirib. Ancaq eyni zamanda jurnalistlərin “əgər PKK PYD ilə eyni bir təşkilat deyilsə, o zaman PYD-yə nədən silah vermirsiniz” sualına cavab olaraq Türkiyə hakimiyyətinin həssas yanaşmasını nəzərə aldıqlarını deyib.
 
Qeyd edək ki, PYD-nin hərbi qanadı YPG Suriya münaqişəsinin ilk illərində yaranıb və tezliklə kürdlərin sıx yaşadığı şimal kantonlarının 3-də nəzarəti ələ alıblar. Daha sonra İŞİD o bölgədə gücə çevrildikdən sonra ABŞ İŞİD-ə qarşı YPG-ni dəstəkləyib. Kobani qəsəbəsinə İŞİD-in hücumu zamanı beynəlxalq koalisiya hava dəstəyi ilə kürdlərin qəsəbəni qorumasına nail olublar. Ancaq kürdlərin tədricən Suriyanın şimalında gücə çevrilməsi Ankaranı narahat etməyə başlayıb və Vaşinqtona etirazlardan sonra 2015-ci ilin payızında Pentaqon kürdlərə yardımı dayandırdığını bəyan edib. Məhz bu dövrdə kürdlərin silahlı qüvvələri - ərəb və türkmənlərdən ibarət yeni Suriya Demokratik Qüvvələri adlı birlik yaradılıb. Bu qruplaşmaya Qərb ölkələri ciddi şəkildə dəstək verir. ABŞ və Avropa ölkələri İŞİD-ə qarşı mübarizədə SDQ-nin qüvvələrindən quruda əməliyyat gücləri kimi istifadə edir. Böyük Britaniya, Fransa və digər Avropa ölkələrinin təlimatçıları SDQ-yə müxtəlif silah və təchizat yardımı edir. 100 fransız təlimatçısının SDQ-yə yardım etdiyi bildirilir. Ümumilikdə 600 nəfərə yaxın ABŞ hərbi təlimatçısının İŞİD-in Suriyadakı “paytaxtı” Raqqaya hücum əməliyyatı üçün kürdlərə təlim keçdiyi bilinir.
 
Ancaq Vaşinqtonun bu açıqlaması ən çox Ankaranı narahat edir. Çünki Ankara PYD-ni PKK-nın qolu hesab edir, hər iki qruplaşma sol ideya daşıyıcısıdır, separatizmi, yəni kürd dövləti qurulmasına çalışır. PYD artıq buna müəyyən qədər nail olub. Suriyadakı münaqişədən istifadə edən PYD son illərdə böyük bir ərazini nəzarətə götürüb. Ankara narahatdır ki, İŞİD-dən sonra kürdlər Suriyanın şimalında İraqda olduğu kimi kürd muxtariyyəti yaradacaq və Suriya hakimiyyəti bunu qəbul edəcək. Bu isə Türkiyədə kürd separatizmini gücləndirəcək, Türkiyəyə qarşı ikinci bir kürd təhdidi ortaya çıxacaq. Doğrudur, kürdlər bu iddianı qəbul etmirlər, ancaq istənilən halda sərhədin o tayında kürd muxtariyyəti Ankara üçün başağrısıdır. 
 
Bu səbəbdən də Türkiyə ordusu ötən ilin 24 avqustunda sərhədi keçərək Suriya ərazisində əməliyyat başlatdı. Hazırda İŞİD-lə qarşıdurmada olan Türkiyə ordusunun kürdlərlə toqquşması qaçılmazdır. Ancaq ən ciddi problem kürdlərin məhz ABŞ tərəfindən dəstəklənməsidir. Vaşinqton kürdləri İŞİD-ə qarşı mübarizə adı altında ciddi şəkildə silahlandırıb və dəstəkləri hələ də davam edir. Vaşinqton məhz SDQ-nin əli ilə Raqqanı təmizləməyə çalışır. 
 
Bu isə o deməkdir ki, İŞİD-dən sonra bölgədə əsas güc kürdlər olacaq. Bu isə Ankara üçün yolverilməzdir. Ankara hələlik siyasi-diplomatik yollarla Vaşinqtona təzyiq göstərməyə çalışır. Ancaq Tonerin son açıqlaması göstərir ki, Vaşinqton kürdlərin Suriyada keçid prosesində iştirakına və bununla da əslində kürdlərin muxtariyyətinin leqallaşmasına nail olmaq fikrindədir. Bu isə Türkiyə üçün ciddi diplomatik sınaq olacaq, Ankara-Vaşinqton münasibətləri daha da gərginləşəcək.
 
24 Aprel 2017 Azərbaycan diplomatiyası Ermənistanın daha bir təxribatının qarşısını aldı
24 Aprel 2017 Ərdoğan sözünü tutdu - Suriyada böyük əməliyyat başlayır - VİDEO
23 Aprel 2017 Fransada prezident seçkiləri: ilkin nəticələr açıqlandı
22 Aprel 2017 Amerikalı qubernatordan ermənipərəst mövqe - Türkiyəyə xain zərbə
22 Aprel 2017 AXCP ətrafında “saxta mühacir” qalmaqalı böyüyür
21 Aprel 2017 Məleykə Abbaszadə: “Məni siyasi müstəviyə çəkirlər”
21 Aprel 2017 Diaspor rəhbəri: "İş adamları ilə görüş keçirəcəyik" - VİDEO
21 Aprel 2017 Rusiya Təhlükəsizlik Xidmətinə hücum - ölənlər var - VİDEO
21 Aprel 2017 İlham Əliyev İlümjinovu qəbul edib - FOTO
20 Aprel 2017 Prezident Sumqayıta 4 milyon manat ayırdı
20 Aprel 2017 Novruz Məmmədov Amerika siyasətçisinə: "Sübut edin ki, mənim ABŞ-da mülküm var"
20 Aprel 2017 Ərdoğandan etiraf: "Obama bizi aldatdı"
18 Aprel 2017 Azay Quliyev: QHT adı altında terrorçuluğa dəstək həyata keçirilir
17 Aprel 2017 ATƏT Türkiyədəki referendumun nəticələrini tanımadı
17 Aprel 2017 “Şirkətlərin saytları qeyri-işləkdir” - Prezidentin köməkçisi
17 Aprel 2017 Türkiyədə referendumun yekun nəticəsi 12 gündən sonra açıqlanacaq
15 Aprel 2017 Prezidentliyə namizəd: “Mənim Rusiyaya borcum yoxdur”
15 Aprel 2017 Ter-Petrosyan seçkilərin nəticələrinin ləğvini tələb etdi
14 Aprel 2017 Rövnəq Abdullayev: "Neft erası başa çatıb"
13 Aprel 2017 Vitali Kliçko: Bakıdan öyrənə biləcəyimiz çox şey var