b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_b2c679cc93df.jpg

Rusiyada fəaliyyət göstərən "BMW Bank" məhkəməyə müraciət edərək Rusiya Dövlət Dumasının sabiq üzvü Aleksey Mitrofanovun və Azərbaycan əsilli iş adamı Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun müflis elan olunmasını tələb edib.

Missiya.Az "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, iddia tələbinin məbləği açıqlanmır.

A. Mitrofanov və Ə. İsmayılovdan münasibət öyrənmək mümkün olmayıb. "BMW Bank"ın rəsmisi də şərh verməkdən imtina edib.

Qəzetin araşdırmaları nəticəsində məlum olub ki, 2011-ci ilin sonuna A. Mitrofanovun "BMW-X6" və "BMW-750Li" avtomobilləri var. 2015-ci ilin sonuna isə sabiq deputatın yalnız "BMW-750Li" markalı maşını qalıb.

Ə. İsmayılova "AST Trans Market" şirkətinin səhmlərinin 31,7%-i, bir o qədəri onun qardaşı Sərxana, qalan hissəsi isə qohumu Zaur Mərdanova məxsusdur.

Xatırladaq ki, 2016-cı ilin avqust ayının sonunda Moskvanın arbitraj məhkəməsi Rusiyanın başqa bankı "BM-Bank"ın iddiasına əsasən Telman İsmayılovu müflis elan edib.

A. Mitrofanov 2014-cü ildə deputat toxunulmazlığından məhrum olunub. O, iş adamı Vyaçeslav Jarovdan 200 min dollar rüşvət almaqda ittiham olunur. Hazırda sabiq deputat Rusiyadan kənarda yaşayır.

"BMW Bank" MMC "BMW Group" konserninə daxil olan Avstriyanın "BMW Оsterreich Holding GmbH" şirkətinin törəməsidir. Bank əsasən BMW-nin Rusiyadakı rəsmi dilerinin satdığı avtomobillərin kreditləşməsi ilə məşğuldur.

APA
24 Aprel 2017 Azərbaycanlılar arasında DAVA - Surət Hüseynovun keçmiş cangüdəni bıçaqlandı - VİDEO
24 Aprel 2017 Məmurla sevgisi ortaya çıxan ATV-nin aparıcısı danışdı: "2012-ci ildən bəri..."
24 Aprel 2017 Oğlan qızla tanış olmaq üçün avtomobillə təhlükəli şou göstərdi - VİDEO
24 Aprel 2017 Putinin ən yaxın adamı arvadına təmtəraqlı ad günü keçirib - VİDEO
24 Aprel 2017 Azərbaycan əsgərinin MÖHTƏŞƏM İFASI - "Ana, əsgər gedirəm" - VİDEO
24 Aprel 2017 Fransada prezidentliyə namizədə 18+ etiraz - VİDEO
24 Aprel 2017 İlkin Həsəninin toy axşamı məclisindən görüntülər - VİDEO
22 Aprel 2017 Novxanı yolunda Xatirə İslamın başına iş gəldi - Gecə çəkilən o görüntülər - VİDEO
22 Aprel 2017 Avtomobildən açılan təkər iclas zamanı aptekə girdi - ŞOK görüntülər - VİDEO
22 Aprel 2017 Türk filmi "Fi"-dəki 18+ səhnələri 17 milyon insan izləyib - VİDEO
22 Aprel 2017 Bakıda biabırçılıq: ərəb turist 16 yaşlı qızı cinsi əlaqə üçün otelə gətirdi - ara qarışdı - VİDEO
22 Aprel 2017 Telefonunuza belə mesaj gələrsə diqqətli olun! - VİDEO
21 Aprel 2017 Kardaşyan bunu da etdi - Sinəsinə... - VİDEO
21 Aprel 2017 Şuşanın dağlarından ən son görüntülər - VİDEO
21 Aprel 2017 Maşın vuran dostunu xilas etmək istəyən it görənləri göz yaşına boğub - VİDEO
21 Aprel 2017 Evlilik proqramındakı azərbaycanlılar barışdı - Aparıcı studiyanı boşatdı - VİDEO
20 Aprel 2017 AMAY Abdulladan ŞOK İFADƏ: "Qızı intim videolarından sonra işdən qovdum"
20 Aprel 2017 Məmur qızı Aysel eks-əri barədə ŞOK video və fotolar yaydı: "Əxlaqız təkliflər edir" - ÖZƏL
20 Aprel 2017 Xoşqədəmin əkizləri xəstəxanaya yerləşdirildi - FOTO
20 Aprel 2017 Avtomobili addan-ada keçirənlərin işi çətin olacaq - Texniki baxış