b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_67897657.jpg

ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbə qazanmasından sonra Rusiyanın ən zəngin insanları 29 mlrd. dollar varlanıb.

Missiya.Az
 xəbər verir ki, ABŞ-dakı prezident seçkilərindən sonra ən çox Gennadi Timçenko qazanc əldə edib.

Ştatların yeni prezidentinin adı açıqlandıqdan sonra milyarderin sahibi olduğu "Novatek" şirkətinin səhmləri 16% bahalaşıb. Hazırda G. Timçenkoya məxsus 23%-lik səhm paketinin dəyəri hazırda 1,8 mlrd. dollar təşkil edir. "Forbes" G. Timçenkonun sərvətini 15,1 mlrd. dollar həcmində dəyərləndirir.

Rusiyanın ən zəngin insanı olan Leonid Mixelson da "Novatek" şirkətinin səhmdarıdır. ABŞ-dakı seçkilərdən sonra bu şəxs 1,9 mlrd. dollar varlanıb. Hazırda onun sərvəti 18,2 mlrd. dollar təşkil edir.

"Polad maqnatları" olan Aleksey Mordaşov və Vladimir Lısin isə D. Tramp prezident seçildikdən sonra müvafiq olaraq 1,6 mlrd. və 1,4 mlrd. dollar varlanıb. Maraqlıdır ki, V. Lısinin sərvəti seçkilərdən sonrakı 3 gün ərzində 830 mln. dollar artıb.

D. Trampın qələbəsi "Lukoil" şirkətinin Azərbaycan əsilli prezidenti Vahid Ələkbərovu 1,8 mlrd. dollar varlandırıb. Onun uğurları neft bazarındakı radikal dəyişikliklərlə, konkret olaraq OPEC üzvləri və kartelə üzv olmayan ölkələr arasında neft hasilatının azaldılmasına dair əldə olunan razılaşma ilə əlaqədardır. "Forbes" yazır ki, həmin dövrdən etibarən "Lukoil" şirkətinin səhmləri 8% bahalaşıb. Ümumilikdə, 2016-cı il ərzində "Lukoil"in səhmləri 59% bahalaşma nümayiş etdirib.

Qeyd edək ki, D. Trampın qələbəsindən sonra rusiyalı milyarderlərin sərvəti 29 mlrd. dollar artıb.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, ABŞ-dakı prezident seçkilərindən sonra amerikalı milyarderlər sərvətini 2,8% artırdığı halda, rusiyalı milyarderlər 7,1% varlana bilib.

APA
26 Aprel 2017 Azərbaycanda 60 yaşlı polkovnik özündən 28 yaş kiçik xanımla evləndi - FOTO
26 Aprel 2017 İlkin Həsəninin bahalı toy karvanı - VİDEO
25 Aprel 2017 Ata qızına ər axtarır - 180 milyon dollara - FOTO
25 Aprel 2017 Aktrisanın canlı yayımda sinəsi açıldı - vecinə olmadı - VİDEO
25 Aprel 2017 Surət Hüseynovun mühafizəçisinin +18 bıçaqlanma VİDEOsu
25 Aprel 2017 İran şahının bığlı arvadının FOTOLARI
25 Aprel 2017 Azərbaycanda rayona göndərilmiş müəlliməni qaçırıb zorladılar - ŞOK
25 Aprel 2017 Dostları Ədalət Şükürovun ad günündə "pul" yedilər - VİDEO
25 Aprel 2017 Bakıda “təcili yardım”ın sürücüsü və tibb bacısı döyüldü - FOTO
25 Aprel 2017 Azərbaycanda 2 yaşlı uşağa siqaret çəkdirdilər - Valideyn cəzalandırıla bilər - ŞOK VİDEO
24 Aprel 2017 Azərbaycanlılar arasında DAVA - Surət Hüseynovun keçmiş cangüdəni bıçaqlandı - VİDEO
24 Aprel 2017 Afaq Aslan yenə soyundu - FOTO
24 Aprel 2017 Məmurla sevgisi ortaya çıxan ATV-nin aparıcısı danışdı: "2012-ci ildən bəri..."
24 Aprel 2017 Oğlan qızla tanış olmaq üçün avtomobillə təhlükəli şou göstərdi - VİDEO
24 Aprel 2017 Putinin ən yaxın adamı arvadına təmtəraqlı ad günü keçirib - VİDEO
24 Aprel 2017 Azərbaycan əsgərinin MÖHTƏŞƏM İFASI - "Ana, əsgər gedirəm" - VİDEO
24 Aprel 2017 Fransada prezidentliyə namizədə 18+ etiraz - VİDEO
24 Aprel 2017 İlkin Həsəninin toy axşamı məclisindən görüntülər - VİDEO
22 Aprel 2017 Novxanı yolunda Xatirə İslamın başına iş gəldi - Gecə çəkilən o görüntülər - VİDEO
22 Aprel 2017 Avtomobildən açılan təkər iclas zamanı aptekə girdi - ŞOK görüntülər - VİDEO