b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_atet1.jpg

Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanı ötən ilin dekabrında Ermənistan-Azərbaycan sərhədində insident zamanı həlak olmuş azərbaycanlı hərbçinin meyitini dərhal vətəninə qaytarmağa çağırıb.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları həmsədrlərinin bəyanatında deyilir.

İqor Popov, Stefan Viskonti və Riçard Hoqlandın birgə bəyanatında deyilir: “Həmsədrlər 2010-cu ildə Həştərxan görüşündə əldə olunan razılaşmaya uyğun olaraq həlak olan hərbçinin qalıqlarını vətəninə qaytarmağa çağırır. Biz tərəfləri qarşılıqlı ittihamlara son qoymağa və yerlərdə vəziyyətin sabitləşdirilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırırıq. Atəşkəsin pozulması qəbuledilməzdir və tərəflərin gücdən istifadə etməmək barədə tam məsuliyyət daşıdıqları öhdəliklərə ziddir. Həmsədrlər Ermənistan və Azərbaycanı Vyana və Sankt Peterburq görüşlərində əldə edilmiş razılaşmalara ciddi riayət etməyə çağırır”.

Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin qarşı tərəfin əlində olması barədə məlumatı artıq Ermənistanın rəsmi orqanları təsdiqləyiblər.

26 Aprel 2017 On dəqiqə ərzində ölkə məhv olacaq - DƏHŞƏTLİ PROQNOZ
25 Aprel 2017 Prezident sahibkarları təltif edib - SİYAHI
25 Aprel 2017 Birinci vitse-prezidentin fəaliyyəti ilə əlaqədar yeni vəzifələr yaradıldı
25 Aprel 2017 Milli Məclisin növbəti plenar iclası keçirilir
24 Aprel 2017 Prezident sərəncam verdi - 1000 manat birdəfəlik yardım
24 Aprel 2017 AŞPA prezidentinin istefası tələb olundu
24 Aprel 2017 Mövqelərimiz yenə minaatanlardan atəşə tutuldu
21 Aprel 2017 Mehriban Əliyeva nazirləri topladı - FOTOLAR
21 Aprel 2017 Zakir Həsənovdan tapşırıq: “Döyüşlərə hazır olun”
20 Aprel 2017 İslam Oyunları nəyə və ya kimə lazımdır? - BİZİM ŞƏRH
20 Aprel 2017 Azərbaycan ordusu öz gücünü nümayiş etdirdi - FOTO
20 Aprel 2017 Bu şəxslər Azərbaycana vizasız daxil olacaq
20 Aprel 2017 Qarabağ qaytarılsa, Azərbaycan Avrasiya İttifaqına qoşula bilərmi?
19 Aprel 2017 Saxta profillər baha başa gələcək
18 Aprel 2017 İTV-yə yeni sədr seçildi - FOTO
18 Aprel 2017 Ölkənin maliyyə qurumlarının rəhbərləri toplantı keçirdi
17 Aprel 2017 İlham Əliyev: “Silah ticarəti ölkəyə böyük valyuta gətirir”
17 Aprel 2017 Cəbhədə erməni təxribatı davam edir
14 Aprel 2017 Heydər Əliyev və iqtisadi islahatlar - FOTO
14 Aprel 2017 İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi