b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_02567777.jpg

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb.

Missiya.Az dövlət başçısının saytına istinadən xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli həmvətənlər!

Sizi, Azərbaycanın xristian icmasını İsa Peyğəmbərin mübarək mövludu - Milad bayramı münasibətilə ürəkdən təbrik edir, bu əziz gündə hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.

Xristianlıq Azərbaycanda çox qədim tarixə malikdir. Təsadüfi deyil ki, Qafqazda ilk xristian məbədləri məhz bizim ölkəmizdə təşəkkül tapmışdır. Səmavi dinlər burada əsrlər boyu dinc yanaşı fəaliyyət göstərərək, insanlar arasında əmin-amanlığın, dostluq və qardaşlıq münasibətlərinin yaranmasında misilsiz tarixi rol oynamışdır.

Azərbaycanda məskunlaşmış xalqlar və etnoslar arasında heç vaxt milli-irqi ayrı-seçkilik, etnik-dini dözümsüzlük halları mövcud olmamışdır.

Müstəqil Azərbaycan Respublikası bu gün də öz tolerantlıq və multikulturalizm ənənələrinə sadiqdir. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən, vicdan və dini etiqad azadlığına malikdir. Ölkəmizdə yaşayan bütün etnik azlıqlara öz dini-mənəvi dəyərlərini, milli adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün bərabər demokratik şərait yaradılmışdır.

Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, çoxkonfessiyalı və çoxmillətli Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan xristian icması həmişə olduğu kimi, bu gün də, sabah da ölkəmizin tərəqqisi və inkişafı naminə öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirəcək.

Əziz dostlar!

Şəfqət və mərhəmət duyğularının, təmiz və nəcib idealların rəmzi olan müqəddəs Milad bayramı münasibətilə hamınızı bir daha təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ailələrinizə firavanlıq arzulayıram".

26 Aprel 2017 On dəqiqə ərzində ölkə məhv olacaq - DƏHŞƏTLİ PROQNOZ
25 Aprel 2017 Prezident sahibkarları təltif edib - SİYAHI
25 Aprel 2017 Birinci vitse-prezidentin fəaliyyəti ilə əlaqədar yeni vəzifələr yaradıldı
25 Aprel 2017 Milli Məclisin növbəti plenar iclası keçirilir
24 Aprel 2017 Prezident sərəncam verdi - 1000 manat birdəfəlik yardım
24 Aprel 2017 AŞPA prezidentinin istefası tələb olundu
24 Aprel 2017 Mövqelərimiz yenə minaatanlardan atəşə tutuldu
21 Aprel 2017 Mehriban Əliyeva nazirləri topladı - FOTOLAR
21 Aprel 2017 Zakir Həsənovdan tapşırıq: “Döyüşlərə hazır olun”
20 Aprel 2017 İslam Oyunları nəyə və ya kimə lazımdır? - BİZİM ŞƏRH
20 Aprel 2017 Azərbaycan ordusu öz gücünü nümayiş etdirdi - FOTO
20 Aprel 2017 Bu şəxslər Azərbaycana vizasız daxil olacaq
20 Aprel 2017 Qarabağ qaytarılsa, Azərbaycan Avrasiya İttifaqına qoşula bilərmi?
19 Aprel 2017 Saxta profillər baha başa gələcək
18 Aprel 2017 İTV-yə yeni sədr seçildi - FOTO
18 Aprel 2017 Ölkənin maliyyə qurumlarının rəhbərləri toplantı keçirdi
17 Aprel 2017 İlham Əliyev: “Silah ticarəti ölkəyə böyük valyuta gətirir”
17 Aprel 2017 Cəbhədə erməni təxribatı davam edir
14 Aprel 2017 Heydər Əliyev və iqtisadi islahatlar - FOTO
14 Aprel 2017 İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi