b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_15910054_10206371615448317_1760957511_n.jpg

Yanvarın 2-də Bakının Binəqədi rayon ərazisində xuliqanlıq hadisə baş verib.

Missiya.Az-a verilən məlumata görə, 1991-ci il təvəllüdlü Bakı şəhər sakini İbrahimov Tunar Bayram oğlu naməlum şəxsin hücumuna məruz qalıb.

Metronun “Azadlıq” stansiyası yaxınlığında baş vermiş hadisə nəticəsində T.İbrahimova ağır bədən xəsarətləri yetirilib və o, ətrafdakı insanların köməkliyi ilə 1 saylı Klinik Mərkəzə çatdırılıb. Hazırda həmin xəstəxananın Travmatologiya şöbəsində müalicə alan T.İbrahimov baş vermiş cinayət hadisəsinin müvafiq polis bölməsi tərəfindən araşdırılmadığını, lazımi ilkin istintaq tədbirlərinin görülmədiyini bildirib. Onun sözlərinə görə, rəsmi şikayət ərizəsi yazmasına baxmayaraq, Bunəqədi rayon 5-ci Polis Bölməsinin əməkdaşları hadisənin araşdırılmasına və günahkar şəxsin məsuliyyətə cəlb olunmasına maraq göstərmirlər.
Şikayətçi onu da bildirib ki, hadisənin araşdırılması 5-ci bölmənin tədqiqatçısı Elbrus Qurbanova həvalə olunub.

Missiya.Az-ın əməkdaşı məsələ ilə bağlı 5-ci Polis Bölməsilə əlaqə saxlayıb. Növbətçi hissədən bildiriblər ki, hadisəyə dair hər hansı məlumat əldə etmək üçün tədiqatçı ilə əlaqə saxlamaq lazımdır. Tədqiqatçı Elbrus Qurbanov isə Missiya.Az-ın əməkdaşı ilə söhbətində sözügedən hadisəylə bağlı hər hansı açıqlama verə bilməyəcəyini deyib: “Bunun üçün Bakı şəhər Baş Polis İdarəsinə, ya da Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətilə əlaqə saxlayın”.
İş vaxtı bitdiyindən adıçəkilən qurumlarla əlaqə saxlaya bilmədik. Məsələni diqqətdə saxlayacağıq.

Qeyd edək ki, Missiya.Az hadisənin videogörüntülərini də əldə edib. Görüntülərdə hadisəni törədən şəxsin üzü də aydın şəkildə görünür. Ətrafdakı şəxslər ona vurduğu gəncin halının pis olduğunu və yardıma ehtiyac duyduğunu desələr də, o, bütün bunlara məhəl qoymadan digər şəxslərə qarşı da kobud davranış nümayiş etdirib.

Görüntüləri diqqətinizə təqdim edirik: