b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_767776677.jpeg
Bakı şəhərinin Xətai rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Missiya.Az xəbər verir ki, qətlə yetirilən Rövşən Cəfərovla hadisəni törədən Təhmasib Fərəcov qayın-yeznə olub.
 
Yanvarın 4-də bayramlaşmaq üçün bacısıgilin Xətai rayonunda kirayə yaşadığı mənzilə gələn 35 yaşlı Rövşən Cəfərov burada yeznəsi Təhmasiblə dalaşıb. İçkili vəziyyətdə olan R.Cəfərovun sakitləşmədiyini görən T.Fərəcov onu bıçaqlayaraq öldürüb.
 
T.Fərəcov qaynını söyüş söydüyünə görə vurduğunu deyib.
 
Bildirilir ki, hadisə vaxtı R.Cəfərovun bacısı da evdə olub.
 
Araşdırmalar davam etdirilir.

Lent.az