b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_tecili_yardim_esas.jpg

Gədəbəy rayonunda ölümlə nəticələnən dəhşətli cinayət hadisəsi baş verib.

Missiya.Az Daxili İşlər Nazirliyi Mətbuat xidmətinə istinadən xəbər verir ki, Gədəbəy rayonunun Ərtəpə kəndində yaşayan Yaqub Məmmədov evində münaqişə zəminində anası Nərgizi döyüb.

Nərgiz aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Məmmədov tutulub.