b_550_325_16777215_00_images_xeber_sekilleri_28oktyabr2016_gulsen-ibadova-o-ses-te-opera-ile-begeni-topladi.jpg

“O səs Türkiyə”nin sonuncu buraxılışında daha bir azərbaycanlı iştirakçı münsifləri heyran edib.

Missiya.Az xəbər verir ki, Gülşən İbadova adlı həmyerlimiz İsveçin “Eurovision 2009” təmsilçisi Malena Ermannın “La Voix” mahnısını səsləndirib. Pop və opera səsini nümayiş etdirən Gülşən bütün münsifləri özünə döndərə bilib. Zalın təkidi ilə o, ifasını təkrar edib.

Daha sonra G.İbadova Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i də ifa edib. Həmyerlimiz sonda Gökhan və Hakanın komandasını seçib.

Qeyd edək ki, TV8-də Acun İlıcalının aparıcılığı ilə təqdim olunan yarışmanın münsiflər kürsüsündə Murad Boz, Hadisə, Sibel Can, Gökhan və Hakan Özoğuz qardaşları oturur.


Bizimyol.info

Şou