b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_116640_487075.jpg

Vergilər Nazirliyində kadr dəyişikliyi edilib.

Missiya.Az nazirliyin saytına istinadən xəbər verir ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru  Əfəndiyev Ağasəməd Veyis oğlu  Vergilər Nazirliyinin Aparatının rəhbəri vəzifəsinə təyin edilib.

Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsinə isə Rəfiyev Mahir Əhmədağa oğlu gətirilib.

Hər iki şəxs uzun illər Vergilər Nazirliyində yüksək vəzifələrdə çalışıblar. 

Əfəndiyev Ağasəməd Veyis oğlu 1963-cü ildə Şamaxı şəhərində anadan olmuşdur.

1980-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.

1995-ci ildə Qərb Universitetinin inzibati işgüzarlıq fakültəsini bitirmişdir. 

1985-ci ildən Şamaxı şəhər 5 saylı orta məktəbdə müəllim işləmişdir.

1986-1993-cü illərdə komsomol orqanlarında çalışmışdır.

1993-2015-ci illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.

2015-2016-cı illərdə Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinin rəisinin 1-ci müavini vəzifələrində çalışmışdır.

2016-cı ilin may ayından Vergilər Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışmışdır.

2017-ci ilin yanvar ayından Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsində çalışmışdır.

2017-ci ilin yanvar ayından Vergilər Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışır.

Ailəlidir, üç övladı var.

b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_AEfendiyev.jpg
Ağasəməd Əfəndiyev - Nazirliyin Aparat rəhbəri 

Rəfiyev Mahir Əhmədağa oğlu isə 

1963- ildə Neftçala rayonunda anadan olmuşdur.

1985-ci ildə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1987-ci ildən Neftçala rayon Maliyyə şöbəsində Büdcə Müfəttişliyinin rəisi vəzifəsində çalışmışdır.

1988-1992-ci illərdə Neftçala rayon İstehlak Cəmiyyətində Təftiş komissiyasının sədri vəzifəsində çalışmışdır.

1992-1994- illərdə Neftçala rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişaf şöbəsində iqtisadçı vəzifəsində çalışmışdır.

1994- 2006- illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.

2006-2016- illərdə Vergilər nazirinin müşaviri vəzifəsində çalışmışdır.

2016- ilin fevral ayından Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi vəzifəsində çalışmışdır.

2016- ilin dekabr ayından Vergilər nazirinin müşaviri vəzifəsində çalışmışdır.

2017-ci ilin yanvar ayından Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsində çalışır.

b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_MRefiyev.JPG
Mahir Rəfiyev - Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru

Ailəlidir, üç övladı var. Azərbaycan Respublikasının Prezidentinin 11 fevral 2010-cu il tarixli 738 nömrəli Sərəncamına əsasən, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 9 fevral 2015-ci il tarixli 1038 nömrəli Sərəncamına əsasən, “Dövlət qulluğunda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir.

25 Aprel 2017 Gəncədə təyyarə və helikopterlər yığılacaq
18 Aprel 2017 Azərbaycanda daha bir bank ləğv edilir
17 Aprel 2017 Bankların əksəriyyəti dolları ucuzlaşdırdı
11 Aprel 2017 Azərbaycan kumulyativ başlıqlı PUA-lar buraxacaq
10 Aprel 2017 Dollar 0.78 manata düşə bilər? - Ekspertdən açıqlama
10 Aprel 2017 “Qara bazar”da dollar sürətlə düşür
06 Aprel 2017 ADB: Gələn il Azərbaycan iqtisadiyyatı 1,2% böyüyəcək
05 Aprel 2017 Yeni 50 avroluq əsginas dövriyyəyə buraxıldı - FOTO
05 Aprel 2017 Hərrac “qara bazar”ı da vurdu
03 Aprel 2017 Azərbaycana milyardlar qazandıracaq lahiyədən xəbər var
31 Mart 2017 Dollar yenə bahalaşdı - Rəsmi məzənnə
28 Mart 2017 Azərbaycanlı milyader yanacaqdoldurma məntəqələrini satır
20 Mart 2017 Fabrik hər işçisinə 22 min avro mükafat verəcək
16 Mart 2017 ABŞ uçot dərəcəsini artırdı
15 Mart 2017 Bu gün FED dolların taleyinə qərar verəcək
14 Mart 2017 Manatın kursunda optimizm davam edir - Rəsmi Məzənnə
14 Mart 2017 Bakıda otellərdə yer qalmayıb - bayramda iranlı turistlər gəlir
14 Mart 2017 Mərkəzi Banka ilk zənci direktor
13 Mart 2017 Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxladı
13 Mart 2017 BP-nin regional prezidenti dəyişdi - FOTO