b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_kemaleddin_heyderov_5.jpg

Türkiyədə ötən ilin iyul ayında baş vermiş dövlət çevrilişinə cəhddən uzun müddət keçməsinə baxmayaraq, hələ də bu hadisə ilə bağlı yeni faktlar ortaya çıxır.

Missiya.Az xəbər verir ki, çevrilişə cəhdlə bağlı əldə edilən yeni məlumatlardan biri də hadisələrin baş verirdiyi ilk 24 saat ərazində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun telefon danışıqlarına dairdir. 

Anadolu Agentliyinin müxbiri diplomatik mənbələrdən çevrilişə cəhdin baş verdiyi ilk 24 saat ərzində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun kimlərlə telefonla danışdığı barədə məlumat əldə edib.

Çavuşoğlu NATO-nun baş katibi Yens Stoltenberg, Avropa Birliyinin nümayəndəsi Federica Mogherini, Avropa Şurasının Baş katibi Torbyorn Yaqland və dövrün İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Mədəni, Hollandiya xarici işlər naziri Bert Koenders, Slovakiya xarici işlər naziri Miroslav Lajcak, ABŞ-ın dövlət katibi Con Kerri, İngiltərə xarici işlər naziri Boris Conson, Pakistan xarici işlər naziri Sertaç Əziz, Yunanistan xarici işlər naziri  Nikos Kotzias, Qatar xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl Tani, Bolqarıstan xarici işlər naziri Daniel Mitov, Fələstin Xarici işlər naziri Riad əl-Maliki, Ukrayna xarici işlər naziri Pavlo Klimkin, Mərakeş xarici işlər naziri Salahaddin Mizvar, İran xarici işlər naziri Cavad Zərif, Gürcüstan xarici işlər naziri Mixail Janelidze, Ruanda xarici işlər naziri Louise Mushikişabo, Albaniya xarici işlər naziri Ditmir Bushati, Malta Xarici İşlər naziri Corc Vella, Makedoniya xarici işlər naziri Nikola Poposki, Macarıstan xarici işlər və ticarət naziri Peter Szijjarto, Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr, Kosovo xarici işlər naziri Ənvər Hoxhaj,  Liviya xarici işlər naziri Məhəmməd Tahir seyyal, Fransa xarici işlər naziri Jean-Marc Ayrault, Birləşmiş Ərəb Əmirlikləri xarici işlər naziri Şeyx Abdullah bin Zayid Al Nahyan, Kanada xarici işlər naziri Stephane Dion, dövrün Estoniya xarici işlər naziri Marina Kaljurand, Livan xarici işlər naziri Gibran Bassil və İraq xarici işlər naziri İbrahim əl-Cəfəri, həmçinin Xorvatiya və İtaliyanın sabiq  xarici işlər nazirləri Miro Kovac və Paolo Gentiloni ilə telfonla danışıb.

Məlumata görə, Çavuşoğlu çevrlişə cəhdin ilk 24 saatında 35 həmkarı və başqa yüksək rütbəli məmurla əlaqə saxlayıb. Çavuşoğlu danışıqlar zamanı FETÖ-nün çevrliş cəhdini və təşkilatın nə qədər təhlükəli olduğunu onlara izah edib.

Türk nazir danışdığı yüksək rütbəli məmurlarla ölkədə baş verən hadisələri müzakirə edib. Çavuşoğlunun çevriliş cəhdini müzakirə etdiyi həmkarları və digər məmurlar türk demokratiyasına, demokratik yolla seçilmiş hökumətə dəstək verdiklərini bildiriblər. Onlar çevriliş cəhdinin qəbulediləməz olduğunu deyiblər.

Nazir Mövlud Çavuşoğlu isə dəstək və göstərilən münasibət üçün müzakirə apardığı məmurlara hökumət və millət vəkilləri adından təşəkkürünü bildirib. 

Mövlud Çavuşoğlunun çevrlişə cəhd zamanı danışdığı yüksək rütbəli məmurlar arasında azərbaycanlılar da var. Nazir 24 saat ərzində azərbaycanlı həmkarı Elmar Məmmədyarov və Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla müzakirələr aparıb. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_iiiiiiiiiiiiiiiiiiiiiiiiii.jpg
Elmar Məmmədyarov - Azərbaycanın xarici işlər naziri

Nazir dövlət çevrlişinə cəhdən bu günə qədər FETÖ-nün neçə təhlükəli təşkilat olduğunu izah etmək üçün 120-dən çox həmkarı ilə telefonla danışıb.

b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_u2_11468652613.jpg

Qeyd edək ki, 2016-ci il iyul ayının 15-də Türkiyədə FETÖ terror təşkilatı tərəfindən dövlət çevrilişinə cəhd edilib. Amma xalqın və hakimiyyətin birliyi nəticəsində cəhd uğursuzluqla nəticələnib. Çox sayda hərbçi və məmur həbs edilib. 200 nəfərdən çox dinc sakin isə həyatını itirib. 

Elvin Məmmədov 
Missiya.Az

26 Aprel 2017 Ermənistanda Azərbaycandan gətirilən almalar məhv edilir
26 Aprel 2017 Sevindirməyi bacaran Başqan
25 Aprel 2017 İcra başçısı şəhid xanımını təhqir etdi - "Zırıldama, rədd ol çölə, vaxtımı alma”
25 Aprel 2017 Əflatun Amaşov “Şöhrət” ordeni ilə təltif edilib
25 Aprel 2017 Erməni Ordusunun GÖRÜNTÜLƏRİ - Xüsusi Təyinatlılar belə biabır oldular - VİDEO
25 Aprel 2017 Azərbaycan-Türkiyə hərbi təlimində istifadə olunacaq silahlar
24 Aprel 2017 İcra başçısının müavininin işdən qovulma səbəbi - FOTO
24 Aprel 2017 Ermənilərin aprel döyüşlərində sağ qalan yeganə əsgəri danışdı: "Başa düşürdük ki,..." - VİDEO
24 Aprel 2017 Mehriban Əliyevadan döyüşlərdə yaralanmış hərbçilərə dəstək - FOTO
24 Aprel 2017 Azərbaycan - İran sərhədində insident: 2 nəfər tutuldu, 1-i özünü bıçaqladı
24 Aprel 2017 ATV-nin sabiq aparıcısı hansı məmurun sevgilisidir? - FOTO
23 Aprel 2017 Azərbaycanın güc strukturları almanları qabaqladı - REYTİNQ
23 Aprel 2017 Azərbaycanda bu telekanalların yayımı dayandırıldı - SİYAHI
22 Aprel 2017 Boynunda nəhəng dana, bu vəziyyətdə 3 maşını çəkir - Maraqlı ŞOU - VİDEO
21 Aprel 2017 İlham Rəhimovun varidatı: Savaş başlayır - Ruhi yoxsa qızları?
21 Aprel 2017 Cəbhədə gərginlik artır - RƏSMİ
21 Aprel 2017 Bəxtiyar Vahabzadənin oğlu işdən çıxarıldı
20 Aprel 2017 AXCP-də mühacir skandalı - partiya üzvündən dəhşətli açıqlamalar
19 Aprel 2017 Azərbaycan ordusunun bütün bölmələri hərəkətə keçdi - FOTO
18 Aprel 2017 İranda "trans" əməliyyatı - Azərbaycanla ŞOK bağlılıq - FOTO