b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_nurayin-atasi.jpg

“Mən Rübabə Xudaverdiyeva ilə 2004-cü ildə ailə qurmuşam. 2007-ci ildə keçmiş həyat yoldaşım Bakıdakı evimizi tərk edərək Qubaya gedib. O, evi tərk etməsinə səbəb kimi mənim xəstəxananın gecə növbəsində çalışmağımı göstərirdi”.

Missiya.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Quba Rayon Məhkəməsində zorakılıqla üzləşən 10 yaşlı Nuray Bayramzadənin atası Əvəz Bayramov deyib. O bildirib ki, 2008-ci ildə məhkəmənin qərarı ilə həyat yoldaşından ayrılıb: “Mən 2009-cu ildə ikinci dəfə ailə həyatı qurdum. İkinci nikahdan da bir qız övladım dünyaya gəldi. Biz ayrılandan bir il sonra Rübabənin xərçəng xəstəsi olduğunu bildim. Ona zəng edərək hansı klinikada müayinə olunduğunu öyrəndim və keçmiş həyat yoldaşıma əlimdən gələn bütün köməklikləri etməyə hazır olduğunu bildirdim”.

Ə. Bayramov qarşı tərəfin kömək təklifindən imtina etdiyini və rəsmi boşanma ərizəsi əldə olunduqdan sonra 2011-ci ildən 2016-cı ilə qədər övladına hər ay aliment ödədiyini söyləyib: “Bununla bağlı əlimdə müvafiq sənədlər var. Mən övladımı görmək üçün müraciət etsəm də, qarşı tərəf mənim bu iddiama müsbət cavab vermirdi. Həyat yoldaşımın ağır xəstə olduğunu nəzərə alaraq, onu əsəbiləşdirməmək üçün hətta uşağımı görməkdən ötrü məhkəməyə belə müraciət etmədim. Rübabə 2010-cu ildə dünyasını dəyişdi. O vəfat edəndən sonra Quba Rayon Məhkəməsinə övladımı görmək üçün müraciət etdim. Bu müddətə kimi uşağa xalası Mehriban Eldarova və onun həyat yoldaşı baxıblar. Məlum olur ki, qarşı tərəf bacısının ölümündən sonra uşağın qəyyumluğunu öz üzərinə götürüb”.

Ə. Bayramov qeyd edib ki, uzun sürən məhkəmə prosesindən sonra uşağın xalası və ərinin qəyyumluğu xətm olunub: “Bundan sonra uşağın xalası və onun əri mənim atalıq hüququndan məhrum olunmağımla bağlı iddia qaldırdılar və mən atalıq hüququndan məhrum olundum. Lakin sonra atalıq hüququm bərpa edildi. 2011-ci ildən 2016-cı il dekabrın 7-nə qədər 19 məhkəmə prosesi keçirilib. Sonuncu icraat prosesi olub ki, dekabrın 7-nə təyin edilib. Dekabrın 7-nə qədər uşağı görmək üçün mənə qarşı tərəf heç bir şərait yaratmadı və ümid icra prosesinə qaldı. Uşaq proses zamanı bu günə qədər atasını, yəni məni görmədiyini dedi, məndən imtina etdi. Buna baxmayaraq, məhkəmə qərarı ilə uşaq mənə verildi. Məhkəmə prosesindən sonra isə huşum itənə kimi məni döydülər və övladımı zor gücü ilə məndən aldılar. Döyülmə faktı ilə bağlı Baş Prokurorluğa müraciət etmişəm”.

Qeyd edək ki, Ə. Bayramov Baklıdakı 5 saylı kliniki doğum evinin anestezioloqudur.

Xatırladaq ki, sosial şəbəkələrdə 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı məhkəmə icraçıları tərəfindən açıq zorakılıqla üzləşməsini əks etdirən video yayılıb.

24 Aprel 2017 İcra başçısının müavininin işdən qovulma səbəbi - FOTO
24 Aprel 2017 Ermənilərin aprel döyüşlərində sağ qalan yeganə əsgəri danışdı: "Başa düşürdük ki,..." - VİDEO
24 Aprel 2017 Mehriban Əliyevadan döyüşlərdə yaralanmış hərbçilərə dəstək - FOTO
24 Aprel 2017 Azərbaycan - İran sərhədində insident: 2 nəfər tutuldu, 1-i özünü bıçaqladı
24 Aprel 2017 ATV-nin sabiq aparıcısı hansı məmurun sevgilisidir? - FOTO
23 Aprel 2017 Azərbaycanın güc strukturları almanları qabaqladı - REYTİNQ
23 Aprel 2017 Azərbaycanda bu telekanalların yayımı dayandırıldı - SİYAHI
22 Aprel 2017 Boynunda nəhəng dana, bu vəziyyətdə 3 maşını çəkir - Maraqlı ŞOU - VİDEO
21 Aprel 2017 İlham Rəhimovun varidatı: Savaş başlayır - Ruhi yoxsa qızları?
21 Aprel 2017 Cəbhədə gərginlik artır - RƏSMİ
21 Aprel 2017 Bəxtiyar Vahabzadənin oğlu işdən çıxarıldı
20 Aprel 2017 AXCP-də mühacir skandalı - partiya üzvündən dəhşətli açıqlamalar
19 Aprel 2017 Azərbaycan ordusunun bütün bölmələri hərəkətə keçdi - FOTO
18 Aprel 2017 İranda "trans" əməliyyatı - Azərbaycanla ŞOK bağlılıq - FOTO
18 Aprel 2017 Deputatın Facebook barədə fikirlərinə sakinlərdən cavab: "Elə özləri avaradır"- VİDEO
17 Aprel 2017 Birinci vitse-prezident Mehriban Əliyevadan yeni təyinat - FOTO
17 Aprel 2017 Ordumuz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Möhtəşəm görüntülər - VİDEO
17 Aprel 2017 Bakıda "ağac terroru" davam edir - növbəti vandalizm - FOTO
17 Aprel 2017 Ərdoğanı təbrik edən ilk prezident İlham Əliyev oldu - Türkiyə mətbuatı
16 Aprel 2017 Türkiyədə referendumun ilkin nəticələri