598777.jpg

"The Daily Telegraph" yazır ki, Donald Tramp barədə ifşaedici dosyeni tərtib etmiş keçmiş MI6 zabiti onun kimliyi ABŞ-da açıqlandıqdan sonra "həyatnın təhlükədə olmasından narahatdır".

Missiya.Az xəbər verir ki, adının tezliklə açıqlanacağını hiss edən 52 yaşlı Kristofer Stil Surreydəki evindən qaçıb.

Stilə yaxın çevrələrdən mətbuata bildirilib ki, keçmiş casus Moskvanın intiqamından qorxur.

"The Telegraph" yazır ki, Kremlin ABŞ seçkisində Tramp-n qalib gəlməsi üçün seçkini təsirləndirdiyini iddia edən 35 səhifəlik sənədi hazırlamış cənab Stil Londonda mənzillənmiş Orbis Business Intelligence Ltd firmasının həmtəsisçilərindən biridir.

Bu sənəddə iddia edilir ki, Rusiyanın təhlükəsizlik xidmətləri Trampı şantaj etmək üçün materiala malikdirlər. İddialardan biri də budur ki, Tramp Moskva mehmanxanasında Barak və Mişel Obamanın yatdığı çarpayını "murdarlamaları" üçün fahişələrə pul ödəyib.

"The Telegraph" yazır ki, britaniyalının araşdırmalarını əvvəlcə anti-Tramp respublikaçılar, sonradan isə demokratlar maliyyələşdiriblər.

Cənab Tramp dosyedəki iddiaları "saxta" adlandırıb.

Məqalədə deyilir ki, 1990-cı illərdə Moskvada Britaniyanın Məxfi Kəşfiyyat Xidməti üçün casusluq etmiş Stil Surreydəki evini tələm-tələs tərk etməzdən əvvəl pişiyini qonşusuna tapşırıb və "bir neçə günə" qayıdacağını deyib. Onun arvadının və uşaqlarının da evdə olmadıqları xəbər verilir.

"The Telegraph" yazır ki, keçmiş casus Moskvadakı mənbələrindən Trampın Kremllə əlaqələri barədə yığdığı məlumatları jurnalistlərlə paylaşmaqla təhlükəli oyuna girib.

Məqalədə deyilir ki, bir neçə məruzədən ibarət toplam 35 səhifəlik bu dosyenin mövcudluğu ABŞ jurnalistlərinə son 6 ay ərzində sirr deyildi, lakin FTB tərəfindən Obama və Trampa təqdim olunmuş iki səhifəlik icmalın bu sənəddən çıxarış olduğu bilindikdən sonra dosye əhəmiyyət kəsb edib. Bu barədə məlumatı ilk dəfə olaraq CNN vermişdi. Bu məlumatda bildirilirdi ki, dosye keçmiş Britaniya casusu tərəfindən tərtib edilib.

"The Telegraph" yazır ki, bəzi məlumatlara görə cənab Stil 20 il müddətində MI6 üçün Moskvada casus materialları toplayıb.

2009-cu ildə MI6-dakı xidmətini başa çatdırdıqdan sonra cənab Stil özünün biznes partnyoru Kristofer Barrousla Orbis Business Intelligence Ltd firmasını qurub.

Şirkətin internet saytında deyilir ki, firma "Britaniya kəşfiyyatının keçmiş peşəkarları" tərəfindən yaradılıb.

58 yaşlı cənab Barrous Orbisin sözü gedən dosyeni tərtib edib-etməməsi barədə xəbəri nə təsdiq, nə də təkzib edib.

Cənab Tramp özünün Nyu-York-dakı Trump Tower iqamətgahında keçirilən ilk mətbuat konfransında media üzərinə hücumu ilə yadda qalıb. O CNN-i "saxtakar", Buzzfeed saytını "zir-zibil qalağı", BBC-ni isə "daha bir gözəlçə" adlandırıb.

Bununla yanaşı Donald Tramp müxbirlərin onun Moskva ilə maliyyə və başqa sövdələşmələrinə dair sualını cavabsız buraxıb (BBC).

24 Aprel 2017 ABŞ müdafiə naziri gözlənilmədən Əfqanıstana getdi
23 Aprel 2017 Fransa ekspertindən şok - "Çarə Ərdoğanın öldürülməsidir"
22 Aprel 2017 Ölkə şokda - 6 silahlı hərbi bazaya hücum edib 140 əsgəri öldürdü - VİDEO
21 Aprel 2017 Əsəd: "ABŞ məni devirmək üçün hər şeyi edəcək"
19 Aprel 2017 İŞİD-in sonu çatdı - Bağdadi yaxalandı
19 Aprel 2017 Kadırov bu ölkəyə batalyon göndərdi
18 Aprel 2017 Trampın tərəfdarlarının erotik film ulduzunu döyməsi kamerada - VİDEO
17 Aprel 2017 İran Xəzər donanmasını gücləndirir
16 Aprel 2017 Türkiyədə seçki məntəqəsinin qarşısında atışma: ölənlər var
14 Aprel 2017 Türkiyə malları Ermənistan bazarında
13 Aprel 2017 Peterburqda 13 nəfəri öldürən Cəlilovla bağlı yeni fakt
13 Aprel 2017 Trampın arvadına fahişə deyən qəzet cəzalandırlıb - VİDEO
12 Aprel 2017 Lavrov ABŞ-lı jurnalistlərə əsəbləşdi: “Sizi kim yetişdirib?"
12 Aprel 2017 Putindən Trampa sərt sözlər: "Etibar azaldı..."
12 Aprel 2017 Teleaparıcı fahişəlik etdiyinə görə işdən qovuldu - FOTO
11 Aprel 2017 Türkiyədə 30 jurnalist ömürlük həbs edilə bilər
11 Aprel 2017 Döyüşçülər iki Rusiya əsgərini öldürüb - Suriyada
10 Aprel 2017 Levon Ter-Petrosyan erməniləri “qul xalq” adlandırdı
10 Aprel 2017 Kilsə terrorçusunun özünü partlatdığı anın VİDEOsu
09 Aprel 2017 Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək istəyir