b_550_325_16777215_00_images_xeber_sekilleri_11yanvar2017_15994506_1635387083431955_5365999865462748043_o.jpg
Xalq artisti Flora Kərimovaya bütün televiziyalar efir qadağası qoyub. 
 
Missiya.Az xəbər verir ki, bu barədə musavat.com-a danışan xalq artistinin sözlərinə görə, efir qadağasının səbəbi həmkarı Zeynəb Xanlarova haqqında dediyi fikirlər olub: “Hər yerdə mənə qadağa qoyulub, keçmişdəki kimi... Zeynəb Xanlarova unudur ki, mən ona Nisə Qasımova deyiləm ki, Azərbaycandan illərlə didərgin etsin. Mənim bu millətə torpağa haqqım var. Açıq sözə, fikrimə görə qorxmadan hansısa addım atmağa haqqım var. O haqqımı Zeynəb deyil, Zeynəbin Zeynəbi gəlsin, əlimdən ala bilməz. Mənim dilimdən onun mərhum prezident Heydər Əliyevə qarşı olan etibarsızlığı açıqlanandan sonra televiziya kanalları mənə efir qadağası qoyub. Bu yolla kolda gizlənib, özgənin əli ilə məni susdurmaq istədi. O, həqiqətdən qorxdu. Bir də hər kəsin bildiyi “Şəki əhvalatı”nı açıqlayacağımdan qorxdu. 
 
Məni susdurmağa ordenləri yan-yana düzən Zeynəbin də gücü çatmaz. Nahaq yerə belə etdi, mindirdi məni cin atına... Haralarasa yuxarılara dırmaşıb. Onlar da ya Mətbuat Şurasına dırmaşıb, ya da hansısa bir yuxarılara... Amma dəxli yoxdur, məni susdura bilməz. Oturmuşdum, bir kənarda... Siyasətdən çoxdan gedən bir insanı cin atına mindirməsin”.
 
Xatırladaq ki, ötən ilin yayında xalq artisti Flora Kərimova həmkarı Zeynəb Xanlarova haqqında ağır ittihamlar səsləndirmişdi. 
27 İyul 2017 Azərbaycanlı müğənni: "Xoşbəxtəm ki, namuslu xanımım var"
24 İyul 2017 Roza Zərgərli ərəb turistlərlə rəqs etdi - VİDEO
21 İyul 2017 ATV-nin siması “Xəzər”də - FOTOLAR
17 İyul 2017 Şəbnəmin qəza xəbəri yalan çıxdı: "Belə hadisə qeydə alınmayıb"
14 İyul 2017 Aygün Kazımova bikinidə - VİDEO
13 İyul 2017 Rəqsanə bikinidə: “Ürəyi zəif olanlar baxmasın” - FOTO
12 İyul 2017 Xalq artistimiz ermənini təriflədi - VİDEO
11 İyul 2017 Rəqsanə: “Allah hamıya ərim kimi kişi qismət etsin”
10 İyul 2017 Tanınmış azərbaycanlı aparıcı işdən çıxdı - FOTO
07 İyul 2017 Qarabağ haqqında bilinməyən həqiqətlər - "Son nəfəsədək" - FOTOLARDA
04 İyul 2017 Natavan Həbibinin toy günü bəlli oldu - DƏQİQ VAXT
04 İyul 2017 Xumar Qədimova üsyan etdi - VİDEO
03 İyul 2017 Elza Seyidcahan iş adamına ərə getməsindən danışdı
30 İyun 2017 Tanınmış azərbaycanlı kosmetoloq ana oldu - DOĞUŞ VİDEOSU
29 İyun 2017 Azərbaycanlı müğənninin əri həbs olundu - FOTO
23 İyun 2017 Tarkan Azərbaycan haqqında nələr yazdı? - FOTO
22 İyun 2017 Rahidə Baxışovanı belə görməmisiniz - FOTO
19 İyun 2017 Elgiz bazarda dalaşdı: "Çürük mal satırsan" - VİDEO
19 İyun 2017 Azərbaycanlı aktrisanın qızı türkiyəli rejissorla ailə qurdu
16 İyun 2017 Məleykə yayılan şəklindən danışdı: "Gedin ..."