b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_kamran-h.jpg
ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan aparıcı Kamran Həsənli eksklüziv açıqlamalar verib. 
 
Missiya.Az xəbər verir ki, tanınmış aparıcı mərhum Hüseyn Dərya ilə bağlı maraqlı məlumatlar verib:
"İlk dəfə "Sizin saat" verilişinə çıxan və sonra daha da məşhurlaşan insanlar çoxdur: Tünzalə, Abbas, rəhmətlik Hüseyn Dərya, Ədalət, Eyyub, İradə və s. Mən Bülbül adına məktəbi, konservatoriyanı bitirmişəm deyə, o verilişi mənə həvalə etdilər. Hüseyn Dərya bir dəfə bizim efirə çıxdı, birdən-birə məşhurlaşdı. Hüseyn birinci dəfə bizim verilişə gələndə, biz operatorumuzun krasofkasını çıxarıb ona geyindirdik, çünki o, efir vidində deyildi, kasıb adam idi. O, canlı efirdə 2 rep dedi. Biz efirdən çıxanda mühafizəçi dedi ki, Kamran müəllim, bayırda 500 nəfər yığışıb. Bir verilişdən sonra Hüseyn Dəryanın fanatları yarandı və Azərbaycanda rep inkişaf etdi". 
 
Kamran Həsənli Hüseyn Dəryanın ilk konsertində yaşadığı şoku dilə gətirib:
"Hüseyn Dərya əl oyunları idman sarayında konsert verəcəkdi. Mənə dedi ki, Kamran, mən sənin verilişinə çıxmışam, istəyirəm ki, konserti sən açasan. Mən də dedim ki, toydayam, alınmır, dedi cəmi 10 dəqiqəlik gələrdin. Dedim yaxşı, gələrəm. Fikirləşirdim ki, Hüseyndir də, dünən 2 dənə rep deyib, 500 adam yığışmışdı, 500 də artıq olar yəqin. Əl oyunları sarayı da 5000 adam tutur. Stadiona yaxınlaşanda gördüm ki, polis hər yeri bağlayıb.  İçəri girəndə şoka düşdüm. Uşaqlıqda gördüyüm "Bitlz" konsertlərindəki mənzərənin şahidi oldum. Saç yolan gənc qızlar, oğlanlar yerdə uzanmışdılar. Düşündüm ki, Azərbaycanda da belə şey ola bilərmiş. Sarayda səhnə qurulmamışdı, Hüseynin pulu da yox idi ki, səhnə qursun. Mən "Hüseyn Dəryaaa..." deyəndə, stadionda, ömrümdə eşitmədiyim yüksək səs desibeli yarandı. Sonra rep daha da ictimailəşdi, ardınca meyxana gəldi".
 
Teleməkanın sevilən siması bəzi həmkarlarını tənqid edib:
 
"Veriliş aparmaq xətrinə aparıcılıq etmək olmaz. Əvvəlcə o verilişin konsepsiyasını beynində hazırlamalısan, nə demək istədiyini dəqiqləşdirməlisən, sonra efirə çıxmalısan. Evdə, küçədə danışılan məsələni efirdə müzakirə etməlisən".

27 İyul 2017 Azərbaycanlı müğənni: "Xoşbəxtəm ki, namuslu xanımım var"
24 İyul 2017 Roza Zərgərli ərəb turistlərlə rəqs etdi - VİDEO
21 İyul 2017 ATV-nin siması “Xəzər”də - FOTOLAR
17 İyul 2017 Şəbnəmin qəza xəbəri yalan çıxdı: "Belə hadisə qeydə alınmayıb"
14 İyul 2017 Aygün Kazımova bikinidə - VİDEO
13 İyul 2017 Rəqsanə bikinidə: “Ürəyi zəif olanlar baxmasın” - FOTO
12 İyul 2017 Xalq artistimiz ermənini təriflədi - VİDEO
11 İyul 2017 Rəqsanə: “Allah hamıya ərim kimi kişi qismət etsin”
10 İyul 2017 Tanınmış azərbaycanlı aparıcı işdən çıxdı - FOTO
07 İyul 2017 Qarabağ haqqında bilinməyən həqiqətlər - "Son nəfəsədək" - FOTOLARDA
04 İyul 2017 Natavan Həbibinin toy günü bəlli oldu - DƏQİQ VAXT
04 İyul 2017 Xumar Qədimova üsyan etdi - VİDEO
03 İyul 2017 Elza Seyidcahan iş adamına ərə getməsindən danışdı
30 İyun 2017 Tanınmış azərbaycanlı kosmetoloq ana oldu - DOĞUŞ VİDEOSU
29 İyun 2017 Azərbaycanlı müğənninin əri həbs olundu - FOTO
23 İyun 2017 Tarkan Azərbaycan haqqında nələr yazdı? - FOTO
22 İyun 2017 Rahidə Baxışovanı belə görməmisiniz - FOTO
19 İyun 2017 Elgiz bazarda dalaşdı: "Çürük mal satırsan" - VİDEO
19 İyun 2017 Azərbaycanlı aktrisanın qızı türkiyəli rejissorla ailə qurdu
16 İyun 2017 Məleykə yayılan şəklindən danışdı: "Gedin ..."