b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_muellim.jpg

Yanvarın 1-dən Azərbaycanda 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb.

Missiya.Az xəbər verir ki,Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən və dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərə şamil olunur.

Prezidentin "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" 16 yanvar 2015-ci il tarixli 994 nömrəli sərəncamında bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub.

Bununla da əməkhaqqının artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70%-ni əhatə edəcək. Qalan müəllimlərin isə 2017-ci ildə diaqnostik qiymətləndirilməsinin keçirilməsi və 2018-ci il yanvarın 1-dən etibarən əməkhaqqının artırılması nəzərdə tutulur. Bu islahat başa çatandan sonra müəllimlərin peşə nailiyyətlərinə, iş təcrübəsinə və bir sıra digər meyarlara əsaslanan diferensiallaşdırılmış əməkhaqqı sisteminin tətbiq olunması məsələsi müzakirə olunacaq.

29 Aprel 2017 Qırğızıstanda matəm elan edilib
29 Aprel 2017 Müəlliməsi oğurluq edən universitet rəhbərliyi danışdı - VİDEO
28 Aprel 2017 Yazarlar bu dəfə körpənin həyatını xilas etmək üçün toplaşacaq - Aksiya - FOTO
27 Aprel 2017 Türkiyədə qəribə əməliyyat - Həkimlər ayağını tərs tikdilər - VİDEO
25 Aprel 2017 Valyutadəyişmə məntəqələri bərpa olunur
25 Aprel 2017 Avtomobil sahiblərinin nəzərinə: Texniki baxışla bağlı yeni qayda qəbul edildi
24 Aprel 2017 Azərbaycanda 7 milyon insan risk altında - SOS
24 Aprel 2017 Sürücülərin DİQQƏTİNƏ: Bu yolda diqqətli olun! - VİDEO
23 Aprel 2017 Nəsimi rayonunda “yaşıl soyqırım”: 100-ə yaxın ağacı məhv edib yerində bina tikirlər VİDEO/FOTO
22 Aprel 2017 “Koroğlu” stansiyası iki gün pulsuz olacaq
22 Aprel 2017 ADMİU tələbələr ilə qazaxıstanlı tələbələrin birgə konserti
21 Aprel 2017 Kirayədə qalanların nəzərinə - Qiymətlər dəyişdi
20 Aprel 2017 Azərbaycanda "exchange"lər yenidən açılır - QANUN
19 Aprel 2017 1-ci mikrorayon belə olacaq - FOTO
18 Aprel 2017 Maşınlar texniki baxışdan yeni qaydalarla keçiriləcək
18 Aprel 2017 Dəfn mərasimi üçün çadır kirayəsi bahalaşıb
17 Aprel 2017 100 manatlıq it əti satmağa icazə var - Şok açıqlama
17 Aprel 2017 Türk azərbaycanlılar barədə nə düşünür? - Maraqlı cavablar - ÖZƏL SORĞU
14 Aprel 2017 DİN işçi axtarır - Baş inspektor vəzifəsinə
13 Aprel 2017 Azərbaycan xalçalarının intibah dövrünə verdiyi tövhə